Sosial

Novruz Bayramı  ADU -da

16 Mart 2018 19:50

 Azərbaycan Dillər Universitetində Novruz bayramına həsr olunan tədbirlər keçirilib. ADU-nun hər iki tədris binasında keçirilən tədbirlərdə xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verilib. Universitetin Akt zalında baş tutan tədbirin bədii hissəsində tələbələr musiqili konsert proqramı ilə çıxış ediblər.

Əmgəyin funksiyası nədir? –  Nevroloqdan maraqlı izah

16 Mart 2018 19:00

Yeni doğulan uşaqların əmgəyi ilə bağlı valideynlər çox narahat olur. Onun kiçik, ya da böyük olması ilə bağlı tez-tez həkimə müraciət edirlər. Hətta bəzən lazımsız yerə dərmanlardan, kalsium preparatlarından da istifadə olunur.

Qaşıq, çəngəl, bıçaq necə yaranıb? – MARAQLIDIR

16 Mart 2018 18:20

Gündəlik həyatda çox istifadə etdiyimiz və yemək yeməyimizə kömək edən qaşıq, çəngəl, bıçağın tarixi ilə heç maraqlanmısız? Necə yaranıblar və necə oldu ki, süfrələrimizdə əsas yeri tutdular? Ailem.az bununla bağlı maraqlı məlumatları diqqətinizə çatdırır.

Bu qidalar qan təzyiqini yüksəltmir - SİYAHI

16 Mart 2018 18:15

Hazırda demək olar ki, əksər şəxslər yüksək təzyiqdən şikayət edir. Həddindən artıq çəki, siqaret, stress və ürək narahatlıqları yüksək təzyiqin yaranmasına səbəb olur. Təzyiqin uzun müddət yuxarı olması beyin, böyrək, ürək və damar kimi bir çox xəstəliyə səbəb olur. Bu cür insanların sakit və normal bir həyata sahib olması vacibdir.

Milli Məclis hökumətin hesabatını təsdiq etdi

16 Mart 2018 18:03

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabat müzakirəyə çıxarılıb. Məlumata görə, deputatlar hesabatı müsbət qiymətləndiriblər. Qeyd olunub ki, hökumətin hesabatı yüksək səviyyədə hazırlanıb. Hesabatda 2017-ci ildə Azərbaycanın əldə etdiyi nailiyyətlər əhatəli əks olunub və hökumətin fəaliyyəti təfsilatlı təsvir edilib. Müzakirələrdən sonra hesabat səsə qoyularaq təsdiq edilib.

Qəzada yaralanan şagird Bakıya göndərildi

16 Mart 2018 18:02

Yevlaxda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 5 şagirddən 1-i evə buraxılıb. Qalan 4 xəstədən digər 1-i isə Bakıya göndərilib.

Zahid Oruc Allahşükür Paşazadəyə müraciət etdi

16 Mart 2018 17:33

“Xaricdən müxtəlif kəşfiyyat mərkəzləri tərəfindən himayə olunan və yönləndirilən şəxslər təkcə Azərbaycan dövlətinə qarşı deyil, ölkənin hər bir insanına qarşı çıxmış olurlar”.

Binəqədidə daha bir küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılır

16 Mart 2018 17:32

Binəqədi rayonunda daha bir yol əsaslı şəkildə yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki. söhbət 1076 metr uzunluğa malik və Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu Builəcəri-Binəqədi yolu ilə (4-cü qapı küç.) birləşdirən 4-cü döngə küçəsindən gedir.

İnternat məktəbində bayram şənliyi keçirilib

16 Mart 2018 17:32

Martın 16-da Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli  xüsusi internat məktəbində Novruz bayramı münasibəti ilə şənlik keçirilib. “OLAYLAR” xəbər verir ki, Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlik  Dədə Qorqud,  Novruz personajları Bahar qızı, Kosa və Keçəlin gəlişi ilə başlayıb. İnternat məktəbinin həyətində Novruz tonqalı yandırılıb, milli geyimdə olan uşaqlar tonqal ətrafında yallı gediblər.

Regionların sosial-iqtisadi inkişaf proqramları yeni iş yerlərinin açılmasına təkan verir

16 Mart 2018 17:21

Regionların sosial-iqtisadi inkişafı proramlarının icrası respublikanın əksər rayonlarının iqtisadi inkişafını təmin etməklə yanaşı, əhalinin sosial vəziyyətinin də yaxşılaşmasına səbəb olub. Xüsusən, bölgələrdə kənd təsərrüfatı sahəsinin inkişafı ümumilikdə ölkənin ixrac potensialının artması ilə nəticələnib.

KİVDF qalib jurnalistləri mükafatlandırıb

16 Mart 2018 16:52

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz Bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Məlumata görə, tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli,  Fondun Müşahidə Şurasının sədri, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, Şuranın üzvü, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, ölkənin aparıcı media orqanlarının baş redaktorları və qalib jurnalistlər iştirak edib. Vüqar Səfərli çıxış edərək bildirib ki,bu ilin yanvar ayının 23-dən martın 6-dək 15 istiqamət üzrə keçirilmiş müsabiqəyə 67 KİV-dən 169 yazı təqdim olunub:" Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib.

Əli Kərimlinin sağ əli Vidadi İsgəndərlini qınadı, yerdən-yerə vurdu - FOTOFAKT

16 Mart 2018 16:46

Fransaya sığınan hüquq müdafiəçisi, sabiq məhbus Vidadi İsgəndərli son günlərdə sosial şəbəkələr və mətbuatın gündəmindən düşmür. Atasının qəbrinin təhqir olunmasından sonra bu şəxs tamam əndazədən çıxıb. Demək olar hər gün facebookda canlı yayıma çıxan V.İsgəndərli kimə gəldi təhqir yağdırır, hədəf seçdiyi şəxslərin, xüsusi ilə ölkə rəhbərliyinin ailələrinə belə dil uzatmaqdan çəkinmir.