Sosial
Onlar Mətbuat Şurasının adından sui-istifadə edir – Əflatun Amaşov
Bəzi “reket nəşr”lər və onlara yaxın adamlar Azərbaycan Mətbuat Şurasının adından sui-istifadə edərək ayrı-ayrı vətəndaşların etimadını qazanmaq, bununla da özlərinin maddi maraqlarını gerçəkləşdirmək yolu tuturlar. Belə faktlara əvvəllər də rast gəlinib və hüquqi müstəvidə müvafiq ölçü tədbiri götürülüb.
“Azərişıq” ASC Aran regionunda genişmiqyaslı yenidənqurma işləri aparır
“Azərişıq” ASC Respublikanın bütün regionlarında olduğu kimi Aran regionunda da genişmiqyaslı tikinti, yenidənqurma işləri həyata keçirir. “OLAYLAR” Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, Ağcabədi rayonunda Avşar kəndində yerləşən 35/10 kV-luq “Ağcabədi-2” yarımstansiyası tam yenidən qurularaq 35 kV-luq gərginlikdən 110 kV-luq gərginliyə keçirilir. Rayonun Arazbar kəndində artıq hava xətlərinin yenilənməsi prosesi başa çatıb və smart sayğaclar qurlaşdırılıb. Həmçinin Hüsülü və Avşar kəndlərində transformator məntəqələri yenisi ilə əvəzlənib və hazırda bu kəndlərdə ÖİN - SIP -(Özünüdaşıyan İzolyasiyalı Naqillər) xətlər çəkilir. Yenidənqurma işləri Ağcabədi rayon mərkəzini də əhatə edir və burada 10 kV-luq hava xəttindən qidalanan KTM-lərin (Komplekt Transformator Məntəqəsi) 0,4 kV-luq tərəfində ÖİN kabellərlə yenidənqurma işləri aparılır. Rayon ərazisində yerləşən Boyat kəndində də yenidənqurma işlərinə başlanııb.
166 çoxmərtəbəli binaya təbii qaz verilib
“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. İstehsalat Birliyindən “OLAYLAR”-a verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, Birlik 2018-ci ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 166 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.
GİN jurnalistlər arasınma müsabiqə keçirir
Gənc jurnalistlər arasında “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc müsabiqə elan olunub. “OLAYLAR” xəbər verir ki. Müsabiqə Gənclər və İdman Nazirliyi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə təşkil olunur. “Narkomanlığa qarşı mübarizə” mövzusunda müsabiqəyə gənc jurnalistlə ən yaxşı müəllif yazıları təqdim edə bilərlə.
Ağacəkmə aksiyası keçirilib
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşəbbüsü ilə 2 aprel - Kəlbəcər rayonunun işğalı günündə, Kəlbəcər şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə akisiyası keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, aksiya YAP-ın respublika ərazisində 700 min ağac əkmək və Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı faciəsində şəhid olmuş uşaqların xatirəsinə həsr edilmiş ağacəkmə kampaniyasına qoşulmaq və bu aksiyalara dəstək məqsədilə həyata keçirilib.
Elan saytlarında “kukulka”, “Barbi”, “milaşka” axtaran kişilər
Azercell-lə 4G xidməti indi daha rahat
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC abunəçilərinə keyfiyyətli xidmət göstərməkdə davam edir. Ölkəmizdə ən böyük 4G şəbəkəsinə sahib Azercell Telekom bütün abunəçilərinin 4G xidmətindən rahatlıqla yararlanması üçün HSS (Home Subscriber Server) modernizasiya layihəsini uğurla tamamlayaraq abunəçilərinin ixtiyarına verib. Artıq 4G-ni dəstəkləyən həm Sim kartı, həm də mobil cihazı olan Azercell abunəçiləri Azercell Ekspres ofislərinə müraciət etmədən 4G xidmətindən yararlana biləcəklər. Bunun üçün abunəçinin istifadə etdiyi cihazda 4G-ni seçməsi yetərilidir. Məlumat üçün bidirək ki, HSS layihəsində abunəçinin istifadə edə biləcəyi xidmətlər haqqında bütün məlumatlar bir bazada yerləşir ki, bu da abunəçiyə digər servis ve şəbəkələrə asanlıqla qoşulma və istifadə etmə imkanı verir.
Bakıda ticarət mərkəzində oğurluq ANBAAN KAMERADA - VİDEO
Bakıda mağazada oğurluq hadisəsi kameraya düşüb. "Qaynar xətti"nə göndərilən məlumata görə, hadisə Yasamal rayonu ərazisində baş verib. "20 Yanvar" metrosu yaxınlığındakı ticarət mərkəzində mağazada baş verən oğurluq hadisəsi müşahidə kamerası vasitəsi ilə qeydə alınıb. 27-30 yaşları arasında bir gənc mağazada heç kimin olmadığını görərək içəri daxil olub və pul qabını götürüb.
Aprel şəhidlərinə həsr olunmuş kitabın təqdimatı keçiriləcək
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2016-cı il aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüşlərdə şücaət göstərmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlarımız qan yaddaşımızdır” adlı kitab nəşr edib.
Heykəltəraş olacaqdı, şəhid oldu - Samir Kaçayevin həyat hekayəsi
10 qanunsuz miqrant saxlanılıb
Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir. “OLAYLAR” xəbər verir ki, Xidmət tərəfindən 1 nəfər Mərakeş və 1 nəfər Kamerun vətəndaşı saxlanılıb. Eyni zamanda Dövlət Təhlükəsizlik Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı daha 8 nəfər Nepal vətəndaşı saxlanılıb.
7 nəfərin öldüyü DƏHŞƏTLİ QƏZANIN görüntüləri - VİDEO
Lənkəranda iki gün əvvəl baş verən ağır yol qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
“Bakcell”dən beynəlxalq uşaq şahmat turnirinə dəstək
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell 1-6 aprel 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən uşaqlar arasında 17-ci beynəlxalq şahmat turnirinə dəstək göstərib.
İstanbulda güclü YANĞIN: Yaralılar var
İstanbulun Qaziosmanpaşa rayonunda güclü yanğın baş verib. Yanğın köynək fabrikində qeydə alınıb. İlkin məlumata görə, çoxlu sayda yaralı var. Milli.az Türkiyə KİV-inə istinadən xəbər verir.
Bestseller, yoxsa yanıltma?
“Bestseller” ingilis dilindən " yaxşı satılan " kimi tərcümə edilir. Ən çox satılan kitab və ya tirajlı nəşrdir. Bu gün bir çox kitab mağazalarında bestseller rəflərinə rast gəlirik. Bəs bir kitabın bestseller olması onun " yaxşı satılan kitab " olmaqla bərabər həqiqətən " yaxşı kitab " olmasını göstərirmi? Bestsellerlər digər kitablardan üz qabıqlarının qalın və nazikliyinə görə də ayrılırlar. Hər oxucu kitabın üz qabığının keyfiyyətli olmasını istəyir, lakin bundan daha əhəmiyyətlisi kitabın özünün nə qədər keyfiyyətli olmasındadır.














