Sosial
Bu məhsulları almayın! - RƏSMİ XƏBƏRDARLIQ - SİYAHI
Qadınları necə sevək? - KİŞİLƏRƏ MƏSLƏHƏT
Dəm çayını atmayın - SAÇA İNANILMAZ FAYDALARI
Qara çayın tərkibindəki amin turşuları, protein, flor, kafein kimi birləşmələr saç üçün inanılmaz faydalar təmin edir. Dəmlənmiş çayı atmaq əvəzinə təbii qulluq vasitəsi olaraq istifadə edə bilərsiniz. Ailem.az qara çayın saçlara faydalarını sadalayır.
Həzm sistemində başlayıb beyində bitən xəstəlik – ƏLAMƏTLƏRİ
2 aprel Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi qeyd olunur. Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxminən 1 faizi, yəni 70 milyon əhali autizmdən əziyyət çəkir. Əsrin geniş yayılmış xəstəliklərindən sayılan autizm hazırda ölkəmizdə də olduqca geniş hal alıb. Autizm barəsində valideynlərin məlumatının az olması onun zamanında aşkar və təyin olunmasının qarşısını alır. Və nə qədər gec müraciət edilirsə, uğurlu nəticənin alınması da bir o qədər gecikir və çətin olur.
3 gündə 4 kilo arıqlayacaqsınız - PƏHRİZ
Əsrimizin sağlamlıq bəlalarından biri köklük və artıq çəki problemidir desək yanılmarıq. Yanlış qidalanma, hərəkətsiz həyat tərzi bu problemi yaradan başlıca səbəblərdəndir. Bunun qarşısını isə müəyyən pəhrizlərlə almaq mümkündür. Amma pəhriz saxlamağı da hər kəs bacarmır, buna iradəsi çatmır.
Qanazlığı olanların nəzərinə! - Faydalı qarışıq
Bu çox tanınmış xalq təbabəti vasitəsidir. Bu qarışıq orqanizmə ümumimöhkəmləndirici təsir edir, qanın tərkibini yaxşılaşdırır, immuniteti möhkəmləndirir, qalxanvari vəzinin fəaliyyətinə müsbət təsir edir.
Duzlu yeməkləri xoşlayanlar, bu yazını mütləq oxuyun!
Adi duzun tərkibində olan natrium və xlor orqanizmin normal fəaliyyəti üçün çox vacibdir. Bu səbəbdən duzdan tam imtina etmək düzgün deyil. Lakin duzlu qidaların həddindən artıq miqdarda qəbulu da yolverilməzdir.
Dalağın böyümə səbəbləri açıqlandı!
Dalaq orqanizmdə ən sirli orqanlardan biri sayılır. Dalağın orqanizmdə rolu müasir tibdə sona kimi araşdırılmayıb. Dalağın orqanizmdə bir neçə müxtəlif funksiyası var: qanı viruslar, bakteriyalar, infeksiyalardan, mutasiyaya uğramış hüceyrələrdən təmizləyir; köhnə, xəstə, "keyfiyyətsiz" qan hüceyrələri (eritrositləri, leykositləri, trombositləri) tutur və onları məhv edir.
Diqqət: Sınmış termometr nə ilə təhlükəlidir?
Biz bədən hərarətinin ölçülməsi üçün əksər hallarda civəli termometrdən istifadə edirik. Bu termometrlər çox dəqiq sayılır. Lakin onların mənfi cəhəti də var - bu termometrlər çox asan sınır. Nəticədə termometrin içərisində olan civə çölə axır. Civə və onun birləşmələri insanın sağlamlığı və həyatı üçün çox ziyanlıdır.
Beynin fəaliyyətini artıran 7 MARAQLI ÜSUL
Bakı Mühəndislik Universitetinin tələbələri Beynəlxalq proqramlaşdırma müsabiqəsinin qalibi olub
“Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma təlimləri və müsabiqəsi 22-30 mart tarixlərində Hindistanın Amritapuri vilayətində Amrita Mühəndislik Məktəbinin bazasında keçirilib. Beynəlxalq təlim və müsabiqə “Harbour Space University”, “Amrita School of Engineering”, “Codeforces” və “Moscow Workshops ACM-ICPC”-nin birgə təşkilatçılığı ilə keçirilib. “OLAYLAR” xəbər verir ki, təlimlər çərçivəsində keçirilən müsabiqələrdə Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası ən yaxşı nəticə (7 müsabiqədə - 2 dəfə ikinci, 5 dəfə birinci yer olmaqla) göstərərək, yekun nəticəyə görə, “Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma müsabiqəsinin qalibi olub və qızıl medala layiq görülüb.
Yevlaxda 7 yaşayış məntəqəsini birləşdirən yol inşa edilir
Yevlax rayonunda Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən yeni avtomobil yolu inşa edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYAR”-a bildirilib ki, 9.7 km uzunluğa malik Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun ensiz olması yol yatağının genişləndirilməsinə zərurət yaradıb. Bu məqsədlə əraziyə xüsusi qrunt gətirilərək yol genişləndirilir. Bu işlər yolun 10 min kv.m-dən çox hissəsində aparılır. Bundan başqa 5 min kub.m-dən çox həcmdə yolun deformasiyaya uğramış hissələrinin qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri görülür.
Göygöl rayonu ərazisində qumbaraatan mərmiləri aşkarlanıb
Bu gün saat 14:29-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Masazırda duz gölü daşdı, yolu su basdı - VİDEO
Abşeron rayonunda duz gölü daşıb. Hadisə rayonun Masazır qəsəbəsi ərazisində baş verib. Nəticədə Masazır-Novxanı avtomobil yolunu su basıb.
Qubaya yağan qar alpinistlərin axtarışını çətinləşdirdi
Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları çətinləşib.














