Bestseller, yoxsa yanıltma?
“Bestseller” ingilis dilindən " yaxşı satılan " kimi tərcümə edilir. Ən çox satılan kitab və ya tirajlı nəşrdir. Bu gün bir çox kitab mağazalarında bestseller rəflərinə rast gəlirik. Bəs bir kitabın bestseller olması onun " yaxşı satılan kitab " olmaqla bərabər həqiqətən " yaxşı kitab " olmasını göstərirmi? Bestsellerlər digər kitablardan üz qabıqlarının qalın və nazikliyinə görə də ayrılırlar. Hər oxucu kitabın üz qabığının keyfiyyətli olmasını istəyir, lakin bundan daha əhəmiyyətlisi kitabın özünün nə qədər keyfiyyətli olmasındadır.
2 Aprel 2018 15:54 Sosial"Bestseller" ingilis dilindən " yaxşı satılan " kimi tərcümə edilir. Ən çox satılan kitab və ya tirajlı nəşrdir. Bu gün bir çox kitab mağazalarında bestseller rəflərinə rast gəlirik. Bəs bir kitabın bestseller olması onun " yaxşı satılan kitab " olmaqla bərabər həqiqətən " yaxşı kitab " olmasını göstərirmi? Bestsellerlər digər kitablardan üz qabıqlarının qalın və nazikliyinə görə də ayrılırlar. Hər oxucu kitabın üz qabığının keyfiyyətli olmasını istəyir, lakin bundan daha əhəmiyyətlisi kitabın özünün nə qədər keyfiyyətli olmasındadır.
Yaxşı reklam, kitaba verilmiş müasir bir ad, yoxsa qalın üz qabığı? Bir kitabı bestseller edən nədir? Bestseller adı altında ön rəfdə dayanan kitablar arxa rəfdəkilərdən doğrudan da üstündürmü?
Təsəvvür edin ki, kitab mağazasına daxil olaraq bestseller rəfinə yaxınlaşırsınız. Üz qabığı ilə sizi haqlı olaraq özünə cəlb edən kitab götürür və kitabın arxa hissəsini oxuyursunuz. Kitabda yazılıb: " Siz əlinizdə dünyanın ən böyük sirrini tutmusunuz " Qeyri - ixtiyari olaraq bu sözlər sizi həyəcanlandırır və təəssüf ki, həm də müəyyən qədər də özünə inandırır. 13.82 milyard yaşı olan " bəşəriyyətimizin sirri " maraq doğurduğu üçün bu sirrə verilən dəyərə baxırsınız və kitabın satış qiymətinin cəmi 11 AZN olduğu görünür... Buna rəğmən kitabı həvəslə oxuyur, hətta kitabı oxuduğunuzu dost - tanışa da göstərmək üçün qəhvə fincanınızın yanına qoyur, şəklini çəkib sosial şəbəkələrdə paylaşırsınız. 200 səhifə oxuduqdan sonra isə 13.82 milyard yaşı olan bəşəriyyətimizin sirrindən agah olduğunuzu düşünürsünüz.
Sözsüz ki, bestseller adı altında satılan kitablar içərisində həqiqətən də yaxşı kitablar çox olmasına baxmayaraq yenə də azdır.
Əslində bir sorğu apararaq oxucuları bestseller adı, yoxsa onun yaxşı kitab olmasının maraqlandırdığını yoxlamaq olar. Burada da oxucular bestseller adına, yoxsa kitaba dəyər verənlər olaraq iki hissəyə ayrılacaq; Kim bilir bəlkə də üç... İnsanlar müxtəlifdir.
Hər hansı bir məkanda bestseller rəfində olan kitabları dəyişərək çox da satılmayan və tanınmayan kitablar qoysaq, kitabların dəyişildiyindən xəbəri olmayan insanların maraqlı reaksiyaları ilə qarşılaşmış olarıq.
1 - ci qrup oxucular kitabı oxuduqdan sonra kitaba layiq olduğu düzgün qiyməti verəcək və onun dərhal bestseller olub - olmadığını anlayacaq.
2 - ci qrup oxucular kitabın bestseller olmadığına daxilən inansalar belə sırf eqo yanılması yaşamamaq üçün kitabı çox bəyəndiklərini və bestsellerə layiq olduğunu söyləyəcək. Hər hansı bir kitabı bəyənməməsinə rəğmən həqiqətən də sırf hər kəs bəyəndiyi və trend olduğu üçün bəyəndiyini söyləyən yüksək eqolu insanlar həqiqətən də möcuddur.
3 - cü qrup oxucular istər kitab bestseller olsun, istərsə də olmasın. Kitabı bəyəndikləri müddətcə bunun onlar üçün heç bir əhəmiyyəti yoxdur. Necə deyərlər, hər kəsin oxuduğu özünə bestsellerdir.
Çalışaq ki, hər hansı bir kitabı oxumağa qərar verdiyimiz zaman, bestseller olub olmamasından çox kitabın ruhumuza xitab edib etməməsinə, bizə yaşadacağı həyəcana, bizə qatacağı dəyərə diqqət yetirək. Unutmayın, istər həftədə 4000, istərsə də 5000 nüsxə ilə satılan kitabı sırf rəqəmlərinə görə sevməyə məcbur deyilsiniz. Kitablar rəqəmlərdən deyil, hərflərdən yığılır.
Nigar Orucova