Sosial
“Sonuncu Dalan” kompyuter oyununun təqdimat mərasimi keçirilib
Aprelin 5-də “Sonuncu Dalan” kompyuter oyununun təqdimat mərasimi keçirilib. “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən bildirilib ki, layihənin məqsədi kompüter oyunları vasitəsilə gənclərin Azərbaycan tarix və mədəniyyəti ilə daha yaxından tanış olması, yeni məlumat və biliklərin əldə edilməsi, gənclərin kompyuter texnologiyası sahəsində təşəbbüskarlığının dəstəklənməsidir.
Şəmkirdə 6-cı sinif şagirdi məktəbin həyətində ölüb
Şəmkirdə məktəbli məktəbin həyətində ölüm hadisəsi baş verib. Məlumata görə, hadisə rayonun Çənlibel kəndində baş verib. Kənd sakini, 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlu məktəbin həyətində yoldaşları ilə oynayan zaman anidən yerə yıxılıb. Dərhal həkim çağırılsa da, onun dünyasını dəyişdiyi məlum olub. Ölümün səbəbi hələ ki, məlum deyil.
AMEA-dan 10 min və 5 min mükafat alan alimlərin ADLARI açıqlandı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) görkəmli elm adamlarının adlarını daşıyan mükafatlarına və "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülmüş alimlərin adları məlum olub.
Fazil Məmmədov infarkt keçirdib?
Dünən axşam saatlarında sabiq vergilər naziri Fazil Məmmədovun qəfildən ürəyi tutub. Sabiq nazir Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Fazil Məmmədovun vəziyyəti barədə heç bir məlumat verilmir.
Estoniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib
Estoniyanın Tallinn şəhərinin Vormsi mədəniyyət mərkəzində “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) və Estoniya Respublikasının yaranmasının 100 illiyi qeyd edilib.
Bakıda Sağlamlıq Festivalı keçiriləcək
Aprelin 6-da Bakıda Sağlamlıq Festovalı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, festiva Dənizkənarı Milli parkda baş tutacaq.
Xızının su təchizatı yaxşılaşdırılır
Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilən Xızı şəhəri və Altıağac qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. “Azərsu” ASC-dən “OLAYLAR”-a bildirilib ki, layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3300, Altıağac qəsəbəsində isə 1500 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Azərbaycanın iqtisadi və sosial inkişafına təkan verən regional proqramlar
İstənilən ölkənin inkişafında regionların da xüsusi payı var. Bu mənada paytaxtla yanaşı regionların da inkişaf etdirilməsi başlıca şərtdir. Əgər regionlarda inkişaf olmasa, ümumilikdə ölkəni inkişaf etdirmək asan olmaz. Bu mənada Azərbaycanda həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının xüsusi əhəmiyyəti var. 2004-cü ildən icrasına başlanan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasının 14 ili ərzində Azərbaycanın siması əsaslı dərəcədə dəyişib, ölkədə hər addım başı geniş quruculuq-abadlıq işləri həyata keçirilib, infrastuktur yaradılıb.
Yevlaxda qız üstündə gənc oğlanın başına oyun açdılar - TƏFƏRRÜAT
Yevlax rayonunda qız üstundə 1995-ci il təvəllüdlü rayonun Qaroğlan kənd sakini Xəyal Fariz oğlu Məmmədov bıçaqlanıb.
I sinfə qəbul üçün 40 minə yaxın uşaq qeydiyyatdan keçdi - Yaşı 8-dən çox olanlar da var
Aprelin 5-nə (saat 15:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 39 238 sorğu yerləşdirilib.
Azərbaycanın haqq səsini dünyaya gənclərimiz çatdıracaq
Aprelin 5 – də Beynəlxalq Mətbuat Mərkəzində Dünya Azərbaycanlıları Milli Birliyi və Dünya Azərbaycanlıları Assambleyasının birgə mətbuat konfransı keçirildi. Olaylar.az bildirir ki, konfransda hər iki təşkilatın rəhbərliyi tərəfindən birləşmə qurultayı məsələsi, Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi istimaqətində görüləcək işlər barədə geniş müzakirələr aparıldı.
Bakıda süpürgəçi qadınlara xüsusi geyim verildi - VİDEO
Bu gün Suraxanı rayon İcra Hakimiyyətində Bakı şəhər Dövlət Yol polisi İdarəsi və Suraxanı rayon DYP Şöbəsi əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Tolstoyun nəticəsi Azərbaycan Tarixi Muzeyində
İsveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Kristian Kamil və L.Tolstoyun nəticəsi Daniel Tolstoy AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Ağsuda sahibkarlar üçün treninq keçirilib
Aprelin 5-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Ağsuda sahibkarlar üçün treninq keçirilib. “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” və “Maliyyənin idarə edilməsi” mövzularını əhatə edən treninqdə biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti, bu sahədə mövcud qanunvericilik və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Agentlikdən 6 manatlıq “nehrə yağı” haqda açıqlama
“Fürsət bu fürsətdir” deyib işə qoşulan işbazlar quru süd, marqarin, palma yağından hazırlanmış “nehrə yağı”nı əhaliyə sırımaqda davam edir. Əlbəttə, 6-7 manata təklif edilən “nehrə yağı” 17-18 manatlıq kərə yağının yanında çox cəzbedici görünür. Onsuz da cibindəkilər keyfiyyətsiz məhsula çatan kasıb ya aldandığının fərqində deyil, ya da bunun fərqində olmaq ona sərfəli deyil...














