Sosial

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş turnirin qalibləri məlum oldu

16 Aprel 2018 13:59

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Azərbaycanın İstanbuldakı Baş Konsulluğun təşəbbüsü ilə futbol turniri keçirilib.

Leyla Əliyeva hansı azərbaycanlı aktrisa ilə birgə fotosunu paylaşdı?

16 Aprel 2018 13:59

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva Azərbaycan Dövlət Musiqili Teatrının solisti, istedadlı aktrisa, 2017-ci ilin yekununa görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənc aktrisası” nominasiyasında mükafata layiq görülən, Beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova ilə birlikdə çəkilən şəklini "İnstaqram” hesabında çoxsaylı izləyiciləri ilə paylaşıb.

ÜGT-nin Avropa regionu üzrə gömrük xidməti rəhbərlərinin iclası keçirilib

16 Aprel 2018 13:51

Rusiya Federasiyasının Soçi şəhərində, aprelin 12-14 tarixlərində Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə gömrük xidməti rəhbərlərinin illik iclası keçirilib.

Qazın təzyiqinin azalmasının səbəbi açıqlandı

16 Aprel 2018 13:50

“Azəriqaz” İstehsalat Birliyi Azərbaycanda, o cümlədən Bakının bir neçə rayonunda son günlərdə əhaliyə verilən təbii qazın təzyiqinin aşağı düşməsi məsələsinə aydınlıq gətirib.

Bakıda maşın alverçilərinin yeni fırıldağı

16 Aprel 2018 13:48

Bakıda ikinci əl avtomobillərin alveri biznesi inkişaf edir. Şənbə və bazar günləri maşın bazarına gedən yollarda tıxac yaranır. İş o yerə çatıb ki, alverçilər bazarın hüdudlarından kənara çıxaraq, birbaşa şosedən avtomobil “ovlayırlar”. 

Alpinistlərin axtarışı yenə çətinləşdi - Xınalığa 40 santimetr qar yağıb

16 Aprel 2018 13:47

Qubanın Xınalıq qəsəbəsi ərazisinə yağan güclü qar itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarını yenidən çətinləşdirib.

Valideynlər uşaqlarını öz istəklərinə qurban verirlər - SORĞU

16 Aprel 2018 13:45

Azərbaycan teleməkanında yayımlanan sosial və şou məzmunlu verilişlərin bir çoxunda tamaşaçı qismində körpə uşaqların da olduğunu hər kəş müşahidə edib. Bəzən, axşam saatlarında yayımlanan və uşaqların gələcək dünyagörüşü üçün heç bir məna kəsb etməyən verilişlərdə uşaqlarını tamaşaçı kürsüsündə əyləşdirən, onların məşhur simalarla ünsiyyətlərinə can atan valideynlər üçün hansısa tədbirlərin görülməli olduğu ilə bağlı sorğu keçirdik.

Sabahın havası

16 Aprel 2018 13:27

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Nizami Cəfərov: “Kim Tərcümə Mərkəzinin “Sözlüy”ünü “plagiat” sayırsa, çox böyük səhv eləyir” - MƏQALƏ

16 Aprel 2018 13:14

Azərbaycan Tərcümə Mərkəzinin keçən ilin sonlarında nəşr olunmuş “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüy”ü  mütəxəssislər arasında həm böyük maraq doğurmuş, təqdirlə qarşılanmış, həm də müəyyən mübahisələrə rəvac vermişdir ki, bu, tamamilə təbiidir...

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: “Ağsaqqalar zeytun yağı içərsə...”

16 Aprel 2018 13:08

“Zeytun yağı hər dərdə dərmandır, hətta ana südü ilə eynidir". Bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən “Zeytun Yağı Günləri” proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiyi təbii ana südüdür: “Zeytun yağı təbiətin böyüklərə bəxş etdiyi ana südüdür. Zeytun yağı hər dərdə dərmandır. Nazim Hikmət də deyirdi ki, 70 yaşında da zeytun ağacı əkin. Çünki zeytun hər zaman əkilməsi lazım olan bitkidir. Çox böyük sərmayədir, çox mühüm və milli sərvətimizdir.

Daha bir ödənişsiz “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb

16 Aprel 2018 13:05

Dövlət İmtahan Mərkəzi və Qərbi Kaspi Universiteti arasında əldə edilmiş razılığa əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə Qərbi Kaspi Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb.

Aparıcılar cəzalandırılacaq – MTRŞ-dan SƏRT REAKSİYA

16 Aprel 2018 13:01

Son vaxtlar  şou göstərməkdə müğənniləri kölgədə qoyan aparıcılar sosial şəbəkələrdə müzakirə mövzusu olub. Zaur Baxşəliyevin efirə hamam xalatında çıxması, ardınca keçi kimi mələməsi, Könül Yusifqızının efirdə gecə geyimində çıxması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Səlim Müslümov: “Əlil şəxslərə hər ay 91 milyon manat vəsait ödənilir”

16 Aprel 2018 12:59

Cari ilin əvvəlinə olan məlumatlara əsasən, əlilliyi olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları vasitəsilə hər ay 90,7 mln. manat vəsait ödənilir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Yeni Azərbaycan Partiyası” qəzetinə müsahibəsi zamanı bildirib.

Deputat Sona Əliyeva ailəsinin ittihamlarına cavab verdi

16 Aprel 2018 12:57

"Haqqımda ailəmlə bağlı problemlərin olduğu haqda elektron mediada ikinci dəfə çıxan xəbərləri çox üzüntü və təssüf hissi ilə qarşıladım. Keçən dəfə ailə üzvlərimin mediaya verdiyi açiqlamalarda şər və böhtana məruz qalmağıma baxmayaraq, susmağı, pis və ya yaxşı o ailənin bir parçası olduğumu qəbul edərək, ailəmi mediada müzakirə mövzusuna çevirməməyi qərara aldım. Ailə dəyərlərinə və atamın ruhuna hörmətlə yanaşaraq susmağın artıq məni uçuruma apardığını, sağlamlığımı, karyeramı və ailə münasibətlərimi riskə atdığını görərək, sükutumu pozmaq məcburiyyətində qaldım".