Sosial

Həyatının son dəqiqələrində ana oğluna elə sirr açdı ki, bu onun bütün qalan həyatını alt-üst etdi

17 Aprel 2018 14:17

Valideynlərimiz bizi çətinliklərin öhdəsindən gəlməyi öyrədirlər.  Nə vaxt ki, onlar müəyyən yaşa çatırlar, uşaq olaraq biz ehtiyac duyduğumuz qayğıya onlarda ehtiyac duyurlar. Bəzən uşaqlar çıxış yolunu onları qocalar evinə verməkdə görürlər. Amma əslində, yaşlı valideynlər üçün – bu əzabdır.

Hərbi vəziyyət zamanı hansı qaydalar tətbiq olunacaq?

17 Aprel 2018 14:12

Milli Məclisin Mədəniyyət komitəsinin aprelin 17-də keçirilən iclasında “Televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlara əlavələr müzakirəyə çıxarılıb.”Olaylar” xəbər verir ki, layihələrə dəyişiklik hərbi vəziyyətlə əlaqdardır.

Sosial reklamlar yeni qaydada yayımlanacaq

17 Aprel 2018 14:10

Milli Məclisinin Mədəniyyət Komitəsinin aprelin 17-də keçirilən iclasında “İctimai televiziya və radio yayımı haqqında” qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, layihəyə əsasən İctimai TV-də sosial reklam “Reklam haqqında” qanuna uyğun olaraq yayımlanacaq.

Sabah güclü külək olacaq -  PROQNOZ

17 Aprel 2018 13:59

Bakıda və Abşeron yarımadasında aprelin 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi  əsəcək, gündüz arabir güclənəcək.

Astan Şahverdiyev kriminal-avtoritetin sifarişi ilə öldürülüb? – ŞOK İDDİA

17 Aprel 2018 13:47

İki gün öncə, Milli Məclisin üzvü, deputat Astan Şahverdiyev dünyasını dəyişib. Deputatın ölüm səbəbi ilə bağlı sosial mediada və mətbuatda müxtəlif fikirlər səslənsə də, rəsmi məlumatda mərhumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. Məlumatda deyilir ki, A.Şahverdiyev Qusarın Çiləgir kəndində yerləşən "Chateau" otelində ürək tutmasından ölüb. Oteldən bildirilib ki, Astan Şahverdiyev dünən axşam saatlarında otel nömrəsində qəfil ürək tutmasından vəfat edib. Təcili tibbi yardım əməkdaşları hadisə yerinə gələnə qədər deputat keçinib.

Sadıq bəy Ağazadənin Əli bəy Hüseynzadəyə məktubu

17 Aprel 2018 13:27

Azərbaycan Demokratik Respublikasının Daxili İşlər Nazirinin Müavini, Şərqşünas alim, general-mayor, Sadıq bəy Ağazadənin, Azərbaycan siyasi fikir tarixinin atalarından Əli bəy Hüseynzadəyə məktubu: "Əziz və sevimli qardaşım Əli bəy, 1939-cu il Türkiyəyə böyük bir faciə yaşatdı.

“Mercedes”in vurduğu 3 piyadadan biri ölüb

17 Aprel 2018 13:26

Paytaxt Bakıda üç nəfəri maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, aprelin 16-da saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Orxan İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakinləri – Murad Zeynalovu, Kamil Ağayevi və Nicat Vahabovu vurub.

KİV-lə bağlı qaydalarda dəyişiklik edilir

17 Aprel 2018 13:25

Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir. “Olaylar”ın məlumatına görə, bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.

Telefonunuza gələn bu nömrələrə zəng etməyin! Pulunuz oğurlanacaq

17 Aprel 2018 13:16

Tanımadığınız xarici nömrələrdən gələn mesaj və "email"lərin sırasına zənglər əlavə olunub. Son günlər telefonuna tanımadığı xarici nömrədən zənglərin gəldiyini dəyən şəxslərin sayı artıb. Bu səbəblə, məsələni araşdırmaq qərarına gəldik. 

Oxu Günü” keçiriləcək

17 Aprel 2018 13:15

Aprelin 21-də Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçiriləcək. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, “Oxu Günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunur.

Cümhuriyyətin loqotipi hazırlandı

17 Aprel 2018 13:11

Azərbaycan Prezidentinin müvafiq Sərəncamlarına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb.Loqotipin müəllifi Zaur Həmzəyevdir.