Türkiyədə ətraf mühitə dair seminar keçirilir
17 Aprel 2018 14:08 SosialTürkiyədə TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar Komissiyası çərçivəsində "Tullantıların idarə olunması və genetik modifikasiya olunmuş orqanizmlərə dair qanunvericilik və onların icra olunması" mövzusunda seminar keçirilir. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, seminarda MM-in Səhiyyə Komitəsinin və TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar Komissiyasının sədri Əhliman Əmiraslanov iştirak edir. Komitə sədri müzakirə olunacaq mövzu barədə çıxış edəcək, qeyd və təkliflərini verəcək. Türkiyə Böyük Millət Məclisinin dəstəyi ilə keçiriləcək tədbirdə bu sahədə çalışan ekspertlərin də iştirakı nəzərdə tutulub.Seminar aprelin 18-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31