Sosial

Qanunsuz ov edən şəxslər saxlanıldı

9 İyul 2018 09:40

Gecə saatlarında Şahdağ Milli Parkının və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən parkın Oğuz rayonu ərazisində qanunsuz ov edən 2 nəfər saxlanılıb. Olaylar.az bildirir ki, qanunsuz ov edən Oğuz rayon sakinləri Raqif Nəsirov və Dünyabir Nəsirovdan 2 ədəd ov silahı və 2 baş ovlanmış Dağıstan turu götürülüb. Faktla bağlı qanun pozucuları barəsində sənədləşmə aparılıb və İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən  hər biri 1000 manat məbləğində cərimə edilib. Təbiətə 500 manat məbləğində ziyan dəydiyi məlum olub.

Günün qoroskopu - 9 İYUL

9 İyul 2018 01:13

Azərbaycanda ana iki qızı ilə birgə itkin düşdü

8 İyul 2018 21:14

Goranboy rayonunda qadın iki övladı ilə birgə itkin düşüb. Hadisə 4 gün öncə Goranboyun Səfikürd kəndində baş verib. Günorta saatlarında 26 yaşlı Məmmədova Bəsti Kazım qızları - 6 yaşlı Ləman və 4 yaşlı Dəniz Məmmədzadələri də götürərək yaşadığı evdən gedib. Qadının yaxınları və qohumları da onlardan xəbərsiz olduqlarını deyiblər.

FHN-dən KİV-lərə ÇAĞIRIŞ

8 İyul 2018 21:04

Bu gün bəzi kütləvi informasiya vasitələrində (KİV) Nərimanov rayon ərazisində yerləşən tikinti materialları bazarında yanğın hadisəsinin baş verdiyi barədə məlumat yayılıb.

Rezidenturaya qəbul imtahanı başa çatıb

8 İyul 2018 14:45

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 8-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.

Aşbaz Həsən Pervoyun fırıldağı - 100 ilin söhbəti

8 İyul 2018 13:01

Quba meydanındakı yeməkxanalardan biri Həsən Pervoyun adı dillər əzbəri "İslam" restoranı idi. O zaman ev, dükan, restoran, mağaza yiyəsinin adı ilə tanınardı. Həsənə də xörəklərin ləzizliyinə görə «Pervoy» ləqəb qoymuşdular. Səkili mərtəbədəki bu restoran səhərdən gecə yarısına qədər müştərilə dolu olardı. Burdakı xörəklər kimi dadlı xörək heç yerdə yox idi; şəhərdəki müştərilərdən başqa ətraf qəsəbə və hətta mədənlərdən, kəndlərdən - Sabunçu, Suraxanı, Ramana, Bibiheybət, Keşlə, Ağşəhər, Qaraşəhərdən faytonda, qazalaqda bu restorana nahara gələr, yeyib-içib qəlyan çəkər, söhbət edər, sövdələşər, mal alıb satardılar.

Samuxda bataqlıq ərazi yanır

8 İyul 2018 12:34

Samux rayonunun Burunqovaq kəndi yaxınlığındakı qamışlıq olan geniş və keçilməz (bataqlıq) ərazidə yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb olunub.

“Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilib

8 İyul 2018 12:22

Azərbaycan Dillər Universitetində “Azərbaycan tərcümə ensiklopediyası”nın təqdimat mərasimi keçirilib. Tədbirdə kitabın ideya müəllifi, ADU-nun rektoru, akademik Kamal Abdulla 10 ildən çox müddətdə tərtib edilən bu əsərin əsl bilik xəzinəsi olduğunu vurğulayıb. Azərbaycan ədəbiyyatında praktik tərcümə ilə bağlı vacib şəxslərin, əhəmiyyətli əsərlərin bu kitabda unudulmadığını bildirib.

Bilik Evlərində təlimlərə yekun vuruldu

8 İyul 2018 12:08

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı ilk gündən təkcə paytaxtda deyil, bütün ölkə ərazisində maarifçilik tədbirləri həyata keçirir. Olaylar.az bildirir ki, Azərbaycanın 7 bölgəsində Fondun 76 şəhər və rayon nümayəndəsi yerli əhalinin maarifləndirilməsi, yeniyetmə və gənclərin elmi biliklərinin artırılması ilə bağlı bir sıra tədbirlərin təşəbbüskarları və təşkilatçıları olaraq mühazirə və təlimlərin müasir tələblərə uyğun keçirilməsini təmin edirlər.

Mingəçevirdəki dəhşətli qəzanın detalları - Ekspert AÇIQLADI

8 İyul 2018 11:49

Mingəçevir İES-də baş verən qəza ilə bağlı “Barmek Azərbaycan”ın keçmiş texniki direktoru Vəfa Ağayevin  müsahibəsini təqdim edirik:

"Hərbiyyə’’ hərbi-vətənpərvərlik düşərgəsi keçiriləcək

8 İyul 2018 11:46

“ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Sİlahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi keçiriləcək. Olaylar.az bildirir ki, “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin hərbi simulyasiya formasında birgə təşkil etdiyi sayca ikinci yay düşərgəsidir.

On illik zəhmətin bəhrəsi -  "Azərbaycan Tərcümə Ensiklopediyası"

7 İyul 2018 19:30

Puşkinin təbirincə desək, tərcüməçilər maarifin poçt atlarıdır. Çünki böyük coğrafi məkanda, ölkələr və xalqlar arasında, həm də keçmişlə bu gün arasında əsas ünsiyyət vasitəsi olan tərcümə işini növbəti nəsillərə ötürən məhz onlardır. 

ADNSU-ya yeni prorektor təyinatı olub

7 İyul 2018 11:37

Adilxan Xəlilov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnzibati-təsərrüfat işləri üzrə prorektoru təyin olunub.