Bilik Evlərində təlimlərə yekun vuruldu

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı ilk gündən təkcə paytaxtda deyil, bütün ölkə ərazisində maarifçilik tədbirləri həyata keçirir. Olaylar.az bildirir ki, Azərbaycanın 7 bölgəsində Fondun 76 şəhər və rayon nümayəndəsi yerli əhalinin maarifləndirilməsi, yeniyetmə və gənclərin elmi biliklərinin artırılması ilə bağlı bir sıra tədbirlərin təşəbbüskarları və təşkilatçıları olaraq mühazirə və təlimlərin müasir tələblərə uyğun keçirilməsini təmin edirlər.

Qax, Oğuz, Şəmkir, Nardaran, İsmayıllı, Ağstafa, Astara, Ağdaş, Tərtər Bilik Evləri əhalinin üz tutduğu müqəddəs məkana - maarif ocağına çevrilib. Bilik Evləri xüsusilə ali təhsil ala bilməyən gənclərin inkişafında müstəsna rol oynayır. Dinləyicilərə yüksək ixtisaslı mütəxəssislər dərs deyirlər. İxtisasla yanaşı, bütün müdavimlər ölkənin daxili və xarici siyasəti, Azərbaycan tarixi və mədəniyyəti, ədəbiyyatı, eləcə də dünya ədəbiyyatı və mədəniyyəti ilə bağlı mühazirələr dinləyir, dəyirmi masalarda və disputlarda, kitab təqdimatları və intellektual müsabiqələrdə iştirak edirlər. Bilik Evlərində təhsilini uğurla başa vuran müdavimlərə sertifikatlar təqdim olunur.

Bu günlərdə Nardaran, Qax, Şəmkir və İsmayıllı Bilik Evlərində "Kompüter texnologiyaları və kargüzarlıq işi", Oğuz Bilik Evində "Bələdçilik" və "Rus dili" üzrə təlim kursunu bitirən 80-dən çox gəncə sertifikatlar təqdim olunub. Bununla yanaşı, "Azərbaycan dilini öyrənirik" layihəsi çərçivəsində ölkəmizdə yaşayan rusdilli əhali üçün artıq üç ildir ki, ödənişsiz Azərbaycan dili kursları fəaliyyət göstərir. Bakıdakı Jen Mironosets və Mixail Arxangel kilsələrində, "Sodrujestvo" İctimai Birliyində, Qəbələ rayonunda udilərin kompakt yaşadığı Nic qəsəbəsindəki Cotari Alban-Udi kilsəsində dövlət dili tədris olunur. Kurslarda təcrübəli ali və orta məktəb müəllimləri dinləyicilərə Azərbaycan dilinin qrammatikiası və danışıq qaydalarını öyrədirlər. İndiyədək kursu bitirən yüzdən çox dinləyiciyə sertifikatlar təqdim olunub. Onların içərisində 18 yaşından tutmuş 80 yaşınadək rusdillilər var.

Hazırda Fondun dəstəyi ilə Oğuz Bilik Evində fəaliyyət göstərən "Ədəbi yaradıcılıq", Şəmkir Bilik Evində "Toxuculuq" və "Dekorativ tətbiqi sənət", Astara Bilik Evində "Toxuculuq", "Ədəbi yaradıcılıq", "Rəssamlıq", Ağdaş Bilik Evində "Rəssamlıq", "Toxuculuq və xalçaçılıq" dərnəklərində gənclər sənətin müxtəlif sahələrinin incəliklərini peşəkarlardan öyrənirlər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31