Sosial

72 nəfər əlilliyi olan şəxsi Naxçıvan MR-dəki müalicə müəssisələrinə göndərilib

18 Dekabr 2018 18:34

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 72 nəfər əlilliyi olan şəxs Naxçıvan MR-dəki müalicə müəssisələrinə göndərilib. Onlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıblar.

KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanı

18 Dekabr 2018 18:03

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ilin I rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınmışdır:

ABŞ-ın müvəqqəti işlər vəkili “Səfir saatı”nda tələbələrlə görüşdü

18 Dekabr 2018 18:00

Dekabrın 18-də Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla “Səfir saatı” layihəsi çərçivəsində mühazirə ilə çıxış etmək məqsədi ilə universitetdə qonaq olan ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam Gil ilə görüşüb.

AzMİU müəllimlərinə maaş məbləğində mükafat verilib

18 Dekabr 2018 17:28

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə maaşları həcmində pul mükafatları verilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova imzaladığı əmrə əsasən, universitetin bütün əməkdaşlarına onların maddi rifah halının yaxşılaşdırılması üçün maddi yardım edilib.

AQTA media nümayəndələri üçün təlimə start verib

18 Dekabr 2018 17:17

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən jurnalistlər üçün “Qida təhlükəsizliyi üzrə media təlim”ə start verilib. “OLAYLAR” xəbər verir ki, məqsəd media nümayəndələrinin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq və Agentliyin qida təhlükəsizliyinin təbliği istiqamətində gördüyü işlər barədə ictimaiyyəti daha dolğun məlumatlandırmaqdır.