Sosial

"İrəli" İctimaiBirliyinin VI hesabat- seçki konfransı keçirilib

25 Dekabr 2018 18:58

24 dekabr tarixində cənab prezident İlham Əliyevin doğum günündə təsis olunan “İrəli” İctimai Birliyi 10-cu ildönümünü qeyd edib. “OLAYLAR” xəbər verir ki, konfransda təşkilatın 4 illik fəaliyyətinin hesabatı öz əksini tapıb. İlk olaraq konfransın reqlamenti təsdiqlənib. Daha sonra “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış edərək təşkilatın 2016-2018-ci illərdə baş tutan fəaliyyəti haqqında hesabat verib.

Bakcell jurnalistlər üçün “Mobil telekommunikasiyaya giriş” adlı seminar keçirib

25 Dekabr 2018 18:42

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər üçün növbəti dəfə “Mobil telekommunikasiyaya giriş” adlı seminar keçirib. Ardıcıl olaraq beş ildir ki təşkil olunan ənənəvi seminarın əsas məqsədi jurnalistləri mobil telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, innovasiyalar və son tendensiyalar barədə maarifləndirməkdir. Ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-dan çox jurnalistin iştirak etdiyi seminar mobil telekommunikasiya üzrə məlumatlılığın və bu sahədən yazan jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir.

Aİİ-nin tələbələri “Bakı SOS Uşaq Kəndi”ni ziyarət ediblər

25 Dekabr 2018 18:30

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Bakı SOS Uşaq Kəndi”ni ziyarət ediblər. “OLAYLAR”-a Təhsil ocağından bildirilib ki, institutun rektoru Ceyhun Məmmədov çıxışı zamanı qeyd edib ki, Aİİ tələbələrin vətənpərvərlik ruhunun gücləndirilməsi və milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin aşılanması məqsədilə silsilə tədbirlər həyata keçirir. O qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişafı, dini fəaliyyət sahəsində peşəkar kadrların hazırlanmasının təmini məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında yaradılmış yeni ali təhsil müəssisəsidir.

Bakı şəhər Məşğulluq İdarəsi Bakı Modern Təhsil Kompleksində peşəyönümü tədbiri təşkil edib

25 Dekabr 2018 18:22

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi gənc nəslin gələcək karyerasının müəyyən edilməsinə və əmək bazarına uyğun düzgün peşə seçiminə dəstək məqsədilə “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda növbəti peşəyönümü tədbirini Bakı Modern Təhsil Kompleksində təşkil edib.

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb

25 Dekabr 2018 18:12

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsinə və təsdiqinə həsr olunmuş iclası keçirilib.

Sabir Rüstəmxanlı zirvəsi...

25 Dekabr 2018 17:36

Eksternat imtahanları keçirilib

25 Dekabr 2018 17:32

Dekabrın 25-də Bakı şəhəri üzrə eksternat imtahanlarına start verilib. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirə bilməyən şəxslər iştirak edib.