Sosial

Yeniyetmələrə siqaret satanlar cərimələndi

9 Yanvar 2019 15:14

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində daxil işlər orqanları tərəfindən tədbirlər davam etdirilir.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, növbəti belə tədbir Baş İctimai Təhlükəsizlik, Nərimanov və Nizami Rayon Polis idarələrinin əməkdaşları tərəfindən həyata keçirilib.Reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkarlanıb. Nərimanov rayonu A.Nemətulla, F.Yusifov və F.X.Xoyski küçələrində, həmçinin Nizami rayonu Q.Qarayev prospektində orta məktəblərin yaxınlığında yerləşən köşklərin də bir neçəsində yetkinlik yaşına çatmayan şəxslərə siqaret satıldığı müəyyənləşib.

Artıq 600-ə yaxın şəxsə elektron qaydada pensiya təyin olunub

9 Yanvar 2019 15:12

Pensiya təyinatının avtomatlaşdırılması bu il 36 min insana şamil olunacaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2018-ci il tarixdə təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun cari ilin əvvəlindən Azərbaycanda pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanmasına imkan verib.

Dil təkmilləşdirmə təlimləri keçirilir

9 Yanvar 2019 14:27

“Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində Dil təkmilləşdirmə təlimləri keçirilir. “OLAYLAR” xəbər verir ki, dil təkmilləşdirmə təlimlərinin həyata keçirilməsində əsas məqsəd müəllimlərin İngilis dilində danışıq səriştəsinin artırılması, dil və tədris bacarıqlarının təkmiləşdirilməsi və onların əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da inkişaf etdirilməsindən ibarətdir.

20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq

9 Yanvar 2019 13:56

Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Eksternat imtahanları başa çatıb

9 Yanvar 2019 13:12

Yanvarın 8-də Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb. “OLAYLAR” Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI) bitirə bilməyən şəxslər iştirak edib.

“Quş qripi” ilə bağlı monitorinqə start verildi

9 Yanvar 2019 13:06

“Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir.DBX-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 14-dən 18-dək köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start veriləcək. Monitorinq Dövlət Baytarlıq Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.