20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq

Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Bakı Xətai Sənət Mərkəzində "Azadlıq aşiqləri günü - 20 Yanvar" adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Olaylar.az bildirir ki, yanvarın 18-də reallaşacaq sərgi Mədəniyyət Nazirliyi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Qeyd edək ki, müsabiqədə seçim iki yaş kateqoriyası üzrə - 12 yaşa qədər və 12-17 yaş arası aparılıb.

Sonda qaliblər diplomla təltif ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31