Sosial

“Mənim Universitetim - 100 il” layihəsi orta məktəblərdə təqdim olundu

4 Mart 2019 16:48

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirlər planına əsasən bu ali təhsil müəssisəsi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə layihəsi olan “Mənim Universitetim – 100 il” layihəsi çərçivəsində növbəti tədbir Binəqədi rayonunda yerləşən 182 və Səbail rayonunda yerləşən 162 saylı orta məktəblərdə təşkil olunub. Adıçəkilən məktəbin direktorları Zinət Tağıyeva və Sevinc Abbasova 100 yaşlı Bakı Dövlət Universitetinin tarixi və inkişaf yolu barədə danışıblar.