Sosial

Universitetdə Holi festivalı keçirilib

14 Mart 2019 15:49

Martın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Hindistanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şri B.Vanlalvavna ilə görüşüb. Olaylar.az bildirir ki, rektor Kamal Abdulla səfiri universitetdə görməkdən şad olduğunu bildirib. Şri B.Vanlalvavnanı Azərbaycana yeni səfir təyin olunması münasibətilə təbrik edən Kamal Abdulla ona diplomatik missiyasında uğurlar arzulayıb. Hind xalqının qədim, ləyaqətli, dünyanın önəmli xalqlarından biri olduğunu deyən akademik ölkəmizdə Hindistana və millətinə xüsusi məhəbbət bəslənildiyini söyləyib.

Bu yazı sevgini təbliğ edir

14 Mart 2019 14:11

Bu gün istənilən klinikaya yaxınlaşsaq, orada psixoloqların fəaliyyət göstərdiyinin şahidi olarıq.  Əvvəlki illərə nisbətən buna sevinirik, çünki əvvəllər insanlara psixoloqa getməyi məsləhət görəndə adamı özlərinə düşmən elan edirdilər. Çox şükür ki, indi psixoloqa getmək həm də dəb halını alıb. Şükür ona görə ki onların bu dəbinin bizə heç bir ziyanı yoxdur. Olsa-olsa 1-2 yerdə özlərini ağıllı göstərməyə çalışmaları olacaq. Olsun, buna da dözərik.