Sosial

Koronavirusa görə parklarda skamyalar yığışdırıldı

28 Mart 2020 13:45

Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib. Buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilərn tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır.

Azərbaycan şahmatçıları tələb edir: "Rəcəbovu İddiaçılar Turnirinə qaytarın"

28 Mart 2020 13:26

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç peşəkar şahmatçılar və şahmat həvəskarlarına açıq məktub ünvanlayıb. Üçqat Avropa çempionları məktubda koronavirus pandemiyasına görə yarımçıq dayandırılan İddiaçılar Turnirinin belə şəraitdə keçirilməsinin səhv qərar olduğunu bildirib.

Sabah hava necə olacaq?

28 Mart 2020 13:06

Martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Olaylar.az-a  verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var.

Şəkiyə də giriş-çıxış məhdudlaşdırıldı

28 Mart 2020 12:44

Azərbaycanda koronavirusa qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Şəki rayonunda genişmiqyaslı tədbirlər davam etdirilir.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği açıqlandı

28 Mart 2020 12:43

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub. Bu günə kimi Fonda 91 442 445 manat vəsait köçürülüb. İanə köçürən şəxslər arasında 1115 hüquqi, 2641 fiziki şəxs var.

“Könüllü DOST”lardan tənha yaşlılara əsl dost dəstəyi

28 Mart 2020 12:40

 “Könüllü DOST”lar indiki şəraitdə tənha yaşlılarımıza əsl dost dəstəyi göstərməkdədirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Olaylar”a bildirilib ki, yaşı 65-dən yuxarı tənha vətəndaşların evlərində sosial məişət xidmətləri ilə təmin olunması işlərində onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri ilə birgə fəaliyyətdədirlər.

Bakı metrosunda yeni iş vaxtının tətbiqinə hazırlıq işləri həyata keçirilib

28 Mart 2020 12:37

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın “Koronavirusla bağlı əlavə tədbirlər haqqında” 2020-ci il martın 27-də yaydığı məlumatda Bakı metropoliteninin yeni iş rejiminin müəyyən edildiyi də bildirilir. Məlumatda qeyd olunub ki, 2020-ci il mart ayının 29-dan Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.