Koronavirusa necə qalib gəldilər? – “Öz müqavimətiniz sizi xilas edir”
3 Aprel 2020 15:17 Sosialİngiltərədə koronavirus səbəbiylə ölənlərin sayı üç minə yaxınlaşsa da, virusa məruz qalan bir çox insan sağalıb. Xəstəxanaya yerləşdirildikdən sonra sağalan üç nəfər "BBC"yə koronavirusa necə qalib gəldiklərini açıqlayıblar.
Olaylar.az bildirir ki, 39 yaşlı Karen Mannering, koronavirus xəstəliyinə tutulanda dördüncü uşağına altı aylıq hamilə idi. Martın ortalarından etibarən davamlı bir öskürək və hərarətlə mübarizə aparan qadının hər iki ciyərində sətəlcəm aşkarlandı və Kovid - 19 diaqnozu qoyuldu. Bir həftə xəstəxana otağında təcrid olunmuş Karen, o günlərdən belə bəhs edir:
"Yaxınlarıma məni görməyə icazə vermirdilər. Çox tənha və qaranlıq vaxtlar idi. İki-üç gün yatağa bağlandım. Çərşafları dəyişdirməli olsalar, məni döndərirdilər. Nəfəs almaqda çətinlik çəkəndə köməyə çağırmaq üçün bir düyməni basırdım; sonra səhiyyə işçilərinin qoruyucu geyimlərini geyinərək mənə kömək üçün gəlmələrini gözləyirdim. Ailəmin məni sakitləşdirməsi üçün həmişə telefonla danışırdım. Ölməkdən qorxurdum və ailəm özlərini ən pis nəticəyə hazırladıqlarını deyirdilər. Hər nəfəs uğrunda mübarizə aparırdım; həm öz həyatım üçün, həm də körpəmin həyatı üçün".
Şeffild şəhərində yaşayan 26 yaşlı Jessie Clark, 5 il əvvəl böyrək xəstəliyinə tutulduğundan və bir böyrəyindən məhrum olduğu üçün virusdan olduqca ağır şəkildə xilas olub.
Jessie Clark, o günlərdən belə bəhs edir:
"Nəfəs almaqda çətinlik çəkəndə xəstəxanaya yerləşdirildim. Tək qalmaqdan çox qorxurdum. Davamlı olaraq köməyə ehtiyac duyurdum".
Jessie beş gün sonra xəstəxanadan buraxılib; Ancaq yenə də gəzməkdə çətinlik çəkir və gündə 18 saat yatır. Hələ də öskürsə də, daha asan nəfəs alır.
64 yaşlı Stewart Boyle koronavirusa xor qrupunda tutulub. Sosial məsafə qaydalarına riayət edilməsinə baxmayaraq, bir neçə gün ərzində çox sayda insanda qrip simptomları ortaya çıxmağa başlayıb. Stewartın səhhəti 10 gün ərzində pisləşib.
Boyle, "Xəstəlik ilk vaxtlarda mülayim idi. Ancaq bir müddət sonra pilləkənləri qalxanda yaşlı bir adam kimi yorulmağa başladım. Az müddət sonra gündəlik məşqlərimdən də geridə qaldım. Virus mənim ağciyərlərimə hücum etdi və geriyə vuruşmağa gücüm yox idi. Bu bir film kimi idi. Əlil arabasında qırmızı zonaya çəkildim və bir çox testlər edildi. Koronavirusa yoluxduğumu düşündükləri üçün süni tənəffüs aparatına bağladılar. Öləcəyimi düşünürdüm, ancaq yaşamaq istəyi də bir o qədər qüvvətli idi", - deyib.
Stewart, "Xəstəxana heyəti inanılmaz idi, ancaq edə biləcəkləri tək şey sizi virusla mübarizə etməyə məcbur etməkdir. Heç bir peyvənd və ya sehrli bir formula yoxdur; öz müqavimətiniz sizi xilas edir", - deyə qeyd edib.
64 yaşı Boyle şənbə günü koronavirusdan xilas olaraq xəstəxananı tərk edib.