“Bu Şəhərdə” də fonda vəsait köçürdü
3 Aprel 2020 15:40 Sosial"Bu Şəhərdə" komandası koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərə qoşulub.
Olaylar.az bildirir ki, "Bu Şəhərdə" production Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 min manat məbləğində ianə edib.
Qeyd edək ki, "Bu Şəhərdə" bu aylar üçün nəzərdə tutulan 5 Bakı, 5 Gəncə, 2 Naxçıvan və 2 Ukrayna konsertlərini ləğv edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31