Şəmkirdə ağac kəsən şəxs cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şəmkir şəhərində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat yerində araşdırılıb.

Bu barədə Olaylar.az-a nazirlikdən məlumat verilib.

Nazirliyin əməkdaşlarının əraziyə keçirdiyi baxış zamanı 9 müxtəlifcinsli ağacın kəsildiyi və təbiətə 1440 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Araşdırma zamanı ağacların Şəmkir şəhər sakini Aydın Budaqov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Şəmkir rayon Prokurorluğuna göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31