Sosial
“Sosial şəbəkələr hərbçilərimizin həyatını təhlükəyə atır” - VİDEO
Ermənistanda koronavirusa yoluxanların sayı artır: daha 458 nəfər
"Tabaterra" Orduya 1 milyon manat köçürdü
"Tabaterra" Qapalı Səhmdar Cəmiyyəti Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün şanlı ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.
Məşhur azərbaycanlı çempion Orduya qatıldı
Məşhur azərbaycanlı döyüşçü, Rizin Döyüş Federasiyasının çempionu Tofiq Musayev könüllü olaraq Ordumuzun sıralarına qatılıb.
“ASAN xidmət”in 36 əməkdaşı könüllü olaraq ordu sıralarına qoşuldu
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş “ASAN xidmət”in yüzlərlə əməkdaşından 36 nəfəri könüllü olaraq ordu sıralarına çağırılıb. Olaylar.az bildirir ki, onların arasında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının ailə üzvləri də var.
İctimai TV-də Milli Məclisin fəaliyyətini işıqlandıran veriliş yayımlanacaq
Oktyabrın 1-dən İctimai TV-də həftədə bir dəfə Milli Məclisin fəaliyyətini işıqlandıran 45 dəqiqəlik veriliş yayımlanacaq.
Sahibə Qafarova: Xalqımız öz dövlətinin yanındadır
"Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı davam edir”.
Milli Məclisdə jurnalistlər üçün üç yeni iş otağı yaradılıb - AÇIQLAMA
Milli Məclis bu gün 22 məsələni müzakirə edəcək
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
Zəfər xəbərini göz yaşları ilə deyən aparıcımız yenidən Türkiyə məbuatında - VİDEO
Türkiyə mediası 6 kəndin geri alınması xəbərini göz yaşları içərisində ictimaiyyətə çatdıran aparıcı Jalə Həsənlidən yazıb.
Silahlı Qüvvələrə Yardım Fondu “ASAN ödəniş” sistemində
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN ödəniş” sisteminə Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlər inteqrasiya olunub.
Məhkumlarda koronavirus Aşkarlandı
Aparılmış kütləvi test müayinələri nəticəsində cəmi 18 nəfərdə, o cümlədən 4, 12 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlarda virusun göstəriciləri pozitiv çıxıb. Həmin şəxslər də dərhal izolyasiya olunmuş və xüsusi müalicə müəssisinə yerləşdirilib. Bu tibb ocağı zəruri avadanlıq və dərman vasitələri, habelə xüsusi havalalandırma sistemi ilə təchiz olunub.
Təhsil Nazirliyi vətəndaşların qəbulunu dayandırdı
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il noyabrın 2-dək fəaliyyətini dayandırır.
"Dərs vaxtı"nın 30 sentyabr cədvəli
Olaylar.az "Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 30-u üçün nəzərdə tutulan cədvəlini təqdim edir.














