Oğuz-Şəki avtomobil yolu yenidən qurulur
Vətəndaşların mənzil başına daha rahat və təhlükəsiz şəkildə çatmasını təmin etmək istiqamətində ölkə başçısının tapşırıq və sərəncamlarına əsasən respublikanın dörd bir tərəfində yol infrastrukturunun yenilənməsi və müasirləşməsi prosesi gedir. “OLAYLAR” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu prosesin icrası nəticəsində son 5 ildə 6 min km-də çox yol yenidən qurulub və təmir edilib. Yenidən qurulub təmir edilən yolların təqribən 1500 km-i respublika əhəmiyyətli avtomobil yollarıdır.
15 Oktyabr 2020 13:42 TikintiVətəndaşların mənzil başına daha rahat və təhlükəsiz şəkildə çatmasını təmin etmək istiqamətində ölkə başçısının tapşırıq və sərəncamlarına əsasən respublikanın dörd bir tərəfində yol infrastrukturunun yenilənməsi və müasirləşməsi prosesi gedir. "OLAYLAR" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu prosesin icrası nəticəsində son 5 ildə 6 min km-də çox yol yenidən qurulub və təmir edilib. Yenidən qurulub təmir edilən yolların təqribən 1500 km-i respublika əhəmiyyətli avtomobil yollarıdır.
Cari ildə də icra edilən yol infrastrukturu layihələri arasında respublika əhəmiyyətli avtomobil yolları xüsusi çəkiyə malikdir. Respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar, Ucar-Zərdab-Ağcabədi və sair yollarla yanaşı gediş-gəlişdə xüsusi əhəmiyyətə malik Qaraməryəm-İsmayıllı-Oğuz-Şəki avtomobil yolunun da yenidən qurulmasına başlanılması bunun bariz nümunəsidir.
Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması çərçivəsində 9.1 km uzunluğa malik Şəki dairəvi yolunun da ( Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmiri nəzərdə tutulurdu ki, ilk olaraq elə bu ərazidə təmir-tikinti işlərinə başlanılıb. Şəki dairəvi yolunun 6 km-lik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəlidir, 3.1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlıdır.
Oğuz-Şəki avtomobil yolunun 31.5 km-lik əsas hissəsinin 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması planlaşdırılır. Bunun üçün yol boyu genişləndirmə işlərinin aparılaraq yolun hərəkət hissəsinin eninin 9 metrə çatdırılması nəzərdə tutulub. Yuxarıda sadalanan təmir-tikinti işləri ilə yanaşı yol boyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi, həmçinin mövcud körpülərin əsaslı şəkildə təmiri də layihə üzrə görüləcək işlərdəndir.
3.4 km-lik Oğuz və 3.2 km-lik Şəki şəhərlərinə giriş yollarının isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulub.