Bakı metropolitenində təhlükəsizlik gücləndirildi - FOTO

Ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə əlaqədar qanunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən irəli gələn tapşırıqların icrasının təmin olunması, habelə yeni növ koronavirus (“COVID-19”) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Bakı metropolitenində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə əlaqədar qanunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən irəli gələn tapşırıqların icrasının təmin olunması, habelə yeni növ koronavirus ("COVID-19") infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Bakı metropolitenində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Olaylar.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən verilən məlumatda bildirilib. Qeyd edilib ki, sərnişinlərin nizamlı hərəkətinin təmin edilməsinə skaner tipli yeni yoxlama qurğularının da təsiri var:

"Stansiyaların girişlərinin yoxlama məntəqələrində tətbiq edilən avadanlığın əsas vəzifəsi metropolitendən sərnişinlərin istifadə rahatlığı və təhlükəsizliyini artırmaqdır. İlk olaraq metropolitenin daha çox sərnişin daxil olan stansiyalarında tətbiq edilən və avtomatik rejimdə çalışan bu çoxfunksiyalı sistem daşınan əşyaları, o cümlədən müəyyən edilmiş ölçülər çərçivəsində çanta və digər yüklərin yoxlanılmasın sürətlə həyata keçirir, ləngimələrin aradan qaldırılmasına xidmət edir.

Eyni zamanda yoxlama məntəqəsində hər bir sərnişindən tibbi maskanın düzgün taxılması tələb olunur, sosial məsafəni qorumağın vacibliyi xatırladılır, həmçinin seçmə qayda ilə hərarətin ölçülməsi tətbiq edilir", - deyə açıqlamda qeyd edilib.

1
 
1
 
1
 
1
 
1
 
1
 
1
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31