Hazırki  şəraitində karantin qaydalarına riayət edilməsi Ərazi bütövlüyünün təminatçısı olan hərbçilərimizin sağlamlığının təminatıdır

Azərbaycan dövləti koronavirus pandemiyası ilə mabarizə sayəsində ardıcıl tədbirləri davam etdirir. Səmərəli maarifləndirmə, müvafiq tibbi infrastrukturun yaradılması, profilaktika və müalicə məsələlərinin keyfiyyətli şəkildə həll olunması, xüsusi karantin rejiminin tətbiqi və mərhələli qaydada məhdudlaşdırıcı və yumşaldıcı tədbirlərin həyata keçirilməsi, vətəndaşların məsuliyyəti, dövlət-vətəndaş həmrəyliyi uğurlu nəticələrin əldə olunmasının başlıca səbəbləridir.

Azərbaycan dövləti koronavirus pandemiyası ilə mabarizə sayəsində ardıcıl tədbirləri davam etdirir. Səmərəli maarifləndirmə, müvafiq tibbi infrastrukturun yaradılması, profilaktika və müalicə məsələlərinin keyfiyyətli şəkildə həll olunması, xüsusi karantin rejiminin tətbiqi və mərhələli qaydada məhdudlaşdırıcı və yumşaldıcı tədbirlərin həyata keçirilməsi, vətəndaşların məsuliyyəti, dövlət-vətəndaş həmrəyliyi uğurlu nəticələrin əldə olunmasının başlıca səbəbləridir.  Hazırda ölkənin əksər şəhər və rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv edilib, bir çox məhdudliyyətlər aradan qaldırılıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yeni yoluxma halları ilə bağlı təhlükə qaldığına görə, bir sıra məhdudiyyətlərin saxlanılması qərara alınıb. Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ   Qərargah  məhdudlaşdırma və ya yumşaldılma ilə bağlı qərarlardan öncə ölkədə və ayrı-ayrı regionlarda vəziyyət ətraflı öyrənilir, təhlil olunur, bütün risklər müəyyənləşdirilir və onların qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilir. Məhz aparılan araşdırmalar nəticəsində ölkədə, xüsusən respublikanın bir sıra rayon və şəhərlərində infeksiyaya yoluxma hallarının sayında artım müşahidə olunub. Artıq yoluxmanın qarşısını almaq məqsədilə Sabirabad və Şəki rayonlarında məhdudlaşdırıcı tədbirlər tətbiq olunur. Məlum olduğu kimi gediş-gəlişlə bağlı məhdudiyyətin tətbiq olunması yoluxma təhlükəsinin daha yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayondan ölkənin digər şəhər və rayonlarına infeksiyanın ötürülməsini maksimal şəkildə məhdudlaşdırmaq məqsədi daşıyır. Göründüyü kimi təcavüzkar dövlət olan Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribat dünyanı cənginə almaş koronavirus (COVİD-19)  pandemiyasına qarşı mübarizə tədbirlərini arxa plana keçirib. Nəzarət tədbirlərinin yumuşaldılmasından sui-istifadə edən vətəndaşlar bu pandemiyaya qarşı mübarizədə vacib olan qaydalara riayət etməkdən uzaqlaşıblar. Lakin etiraf edilməlidir ki, ölkəmizin hazırki müharibə şəraitində karantin qaydalarına riayət edilməsi məsələsi daha aktual olmalı, vətəndaşlar məsuliyyətlərini birə beş artırmalıdırlar. Çünki, bu gün Azərbaycanın haqq savaşında Orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əskər və zabitlərimizin sağlamlığı haqqında düşünməlidir. Özünü və yaxınlarını xəstəlikdən xilas edən vətəndaşlarımız eyni zamanda düşmən gülləsinə sinə gərən hərbçilərimizi qorumuş olurlar. Odur ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməklə kifayətlənməməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Nəhayət insanlar başa düşməlidir ki, pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Polis nəzarətinin olub-olmamasından asılı olmayaraq hər kəs özü və yaxınları, ən əsası isə rəşadətli Azərbaycan əsgəri barədə düşünməlidir. Başqa sözlə, əsgər və zabitlərimiz də kiminsə atası, qardaşı, oğludur. Vətəndaşlarımız başa düşməlidir ki, müavafiq qurumlar tərəfindən müəyyən edilmiş karantin qaydalarına riayət edilməməsi ölkədə yoluxma hallarının artmasına, sanitar-epidemioloji vəziyyətin posləşməsinə gətirib çıxara bilər ki, bu da öz növbəsində sərtləşdirmə ilə bağlı yeni tədbirlərin həyata keçirilməsini zərurətə çevirir. Əgər, koronavirusa yoluxma halı artmaqda davam etsə, təbii ki, sərt karantin qaydalarının tətbiqi qaçılmaz olacaq.

O da nəzərə alınmalıdır ki, payız-qış mövsümü həmçinin digər xəstəliklərin fəallaşdığı dövrdür. COVİD-19-la birlikdə bu xəstəliklər insan orqanizimi üçün ciddi təhlükədir. Buna görə də hazırkı dövrdə ən başçıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Bunun üçün isə ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Bu baxımdan xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Yeri gəlmişkən qeyd edək ki, koronavirus pandemiyasının təhlükəsi nəzərə alınaraq dünyanın əksər ölkələrində tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzasi da tətbiq olunur. Artıq Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib. Ancaq insanlar hansısa cəza tədbiri, polis nəzarəti, ictimai qınaqdan çəkinərək karantin qaydalarına riayət etməli deyil, insanlar özləri, yaxınları və dövlətimizin ərazi bütövlüyünün təminatçısı olan hərbçilərimizin sağlamlığı üçün qaydalara əməl etməlidirlər.

Nurlan  

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31