Sosial

Təhsil naziri “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti ilə görüşdü

29 Oktyabr 2020 16:33

Oktyabrın 29-da Təhsil naziri Emin Əmrullayev ilə ABŞ-ın “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib. Olaylar.az bildirir ki, görüş zamanı Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Eyni zamanda 2018-ci ildən etibarən elmi-tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin artım dinamikasına görə ölkəmizin Cənubi Qafqaz regionu ölkələri arasında ilk pillədə qərarlaşması təqdirəlayiq hal kimi qeyd olunub.

Azərbaycan ordusu üçün müharibə döyüş meydanından kənarda deyil - QARABAĞDADIR!

29 Oktyabr 2020 15:22

Beynəlxalq Humanitar Hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir. Bu beynəlxalq təşkilatların müharibə edən ölkələrə qarşı irəli sürdüyü tələbdir.

Peşə təhsili üzrə teledərslərin 30 oktyabr cədvəli

29 Oktyabr 2020 15:10

Olaylar.az Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 30 oktyabr tarixi üçün cədvəlini təqdim edir. Dərslər saat 18:10-da yayımlanacaq.

Bəzi yerlərdə yağış yağacağı gözlənilir - HAVA PROQNOZU

29 Oktyabr 2020 13:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın 30-da gözlənilən hava şəraitini açıqlayıb.

"Qarabağın məşhur müəllimləri" - Firidun bəy Köçərli

29 Oktyabr 2020 13:00

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Firidun bəy Köçərlidir. Olaylar.az bildirir ki, əslən şuşalı olan Firidun bəy Köçərli 1885-1890 və 1893-1894-cü illərdə İrəvan gimnaziyasında ana dili, hüsnxətt fənlərini tədris edib. 1895-ci ildə Qori Müəllimlər Seminariyasının tatar şöbəsinin Azərbaycan dili və şəriət müəllimi təyin edilib. 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax Müəllimlər Seminariyasının müdiri işləyib.

Vətəndaşların qəbulu dekabrın 1-dək dayandırılır

29 Oktyabr 2020 12:33

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il dekabrın 1-dək fəaliyyətini dayandırır.