Sadə qaydalara riayət etməklə əsgər və zabitlərimizi qorumuş oluruq

Koronavirusdan qorunmaq haqq işimizə layiqli töhfə vermək deməkdir

Dünyada koronavirus (COVİD-19) pandemiyasının yayıldığı ilk andan etibarən Azərbaycanda iansan sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi addımların atıldığı hamıya bəllidir. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə yeni-yeni emal müaəssisələrinin açılışı, ölkə vətəndaşlarının sağlamlığının təmin edilməsi məqsədilə əməli tədbirlər həyata keçirilməsi məhz bu məqsədə xidmət edirdi.  Məlum olduğu kimi koronavirus pandemiyasının yayıldığı ilkin mərhələdə bütün dünyada olduğu kimi Azərbaycanda da tələbatın kəskin artması səbəbindən tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən tibbi maskanın böyük qıtlığı yaşanırdı. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da dayandırmışdılar. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğuundan dövlət başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşdı. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldular. Nəticədə "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edildi və ona Sənaye Parkının rezidenti statusu verildi. Ardınca Sumqayıtda "Gilan Tekstil Park" MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı oldu. Paralel olaraq ictimai iaşə obyektləri, iri ticarət mərkəzləri, təhsil müəssisələri və metro kimi ictimai nəqliyyat vasitəsinin fəaliyyətinə məhdudiyyətlər qoyuidu, infeksiyanın geniş yayıldığı rayon və şəhərlərə giriş-çıxışa qadağa qoyuldu. İnsanlar arasında kifayət qədər maarifləndirmə işləri aparıldı ki, koronavirusdan qorunmaq üçün üç əsas "qızıl qaydaya" riayət etsinlər. Olduqca sadə olan bu qaydalar tibbi maskadan istifadə, sosial məsafənin gözlənməsi və gigiyenik qaydalara riayət edilmədindən ibarətdir. Etiraf edilməlidir ki, Azərbaycanda koronavirusa qarşı həyata keçirilən bu kimi mübarizə tədbirləri nəticəsində pandemiyanın ilk mərhələsi maksimum az itkilərlə başa vuruldu. İnfeksiyadan müalicə olunanların sayı yoluxanların sayını xeyli üstələdi. Lakin insanlarda yaranan arxayınçılıq, üstəlik Ermənistanın ölkəmizə qarşı hərbi təxribatı  pandemiyanın daha da genişlənməsinə səbəb oldu. Hazırda infeksiyaya yoluxanların sayında xeyli artım müşahidə olunmaqdadır. Son məlumata görə, infeksiyaya yoluxanların sayı min nəfər ətrafında dəyişir.

Qeyd edək ki, hazırki şəraitdə koronavirusa qarşı mübarizə həmişəkindən daha vacib və əhəmiyyətlidir. Ona görə ki, koronavirusla fəal mübarizə cəbhəyə, əskərlərimizə və haqq işimizə ən böyük yardım və dəstəkdir. Rəsmi statistika deməyə əsasə verir ki, son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında əhəmiyyətli dərəcədə artım müşahidə edilir, yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişib, sanitar-epidemoloji durum xeyli pisləşib. Koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəla rxayınlıq yaradıb, sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib. Müvafiq qurumların effektli nəzarət mexanizmi həyata keçirməsinə baxmayaraq ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insnaları narahat etmir. İnsanlar sanki özlərini və yaxınlarını qorumaq üçün deyil, cərimələnəcəklərindən ehtiyat edərək tənəffüs yollarını qoruyan vasitələrdən istifadə edirlər. Üstəlik Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlikə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib. Əslində isə bir mütəşəkkil xalq olaraq unutmamalıyıq ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdən də vacibdir. Hərbçilərimizin sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olduğunu nəzərə alaraq, əminliklə demək olar ki, hər bir koronavirus xəstəsi bu virusu cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına səbəb ola və özü də bilmədən Milli Ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər. Buna görə də hər kəs üzərinə düşən məsuliyyəti dərk etməli, karantin rejiminin  qaydalarına ciddi əməl etməlidir. Nəzərə almaq lazımdır ki, indiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir, xüsusi, hətta  strateji əhəmiyyətə malik məsələdir. Odur ki, bu gün Orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əskər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. İnsanlar anlamalıdırlar ki, hazırda Azərbaycanda iki cəbhəyə qarşı mübarizə aparır. Bunlardan biri gözəgörünməz koronavirus, digəri isə faşist, qaniçən ermənilərdir. Belə bir şəraitdə Vətən uğrunda mətinlik, güclü iradə və əzm nümayiş etdirən əsgərlərimizin sağlamlığı naminə sadə qaydalara əməl etmək hər bir insanın vətəndaşlıq borcu olmalıdır.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31