Sosial

Nazirlikdən tələbələrə və təhsil müəssisələrinə XƏBƏR

2 Noyabr 2020 15:27

Noyabrın 11-dən Təhsil Nazirliyi tərəfindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərin qəbulu prosesi dayandırılacaq. Müraciətlər üçün son tarix 10 noyabr nəzərdə tutulur. Olaylar.az bildirir ki, tələbələrin qeyd edilən tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərini yekunlaşdırması, natamam müraciətləri tamamlayaraq təsdiq etməsi xahiş olunur. Təhsil müəssisələri tələbələrin bu barədə təkrar məlumatlandırılmasını təmin etməli, müraciətlərə müəyyən edilmiş qaydada baxmalı, hüququ yaranan tələbələr üzrə müraciətləri təsdiq etməlidir.

Bərdə terroru ilə bağlı 6 dildə videoçarx hazırlanıb

2 Noyabr 2020 15:22

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Azərbaycanın qədim tarix və mədəniyyət mərkəzlərindən biri olan Bərdədə 27 nəfər həlak olub, 105 nəfər yaralanıb. Baş Prokurorluğun mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

"Qarabağın məşhur müəllimləri" - Əhməd bəy Ağaoğlu

2 Noyabr 2020 15:15

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Əhməd bəy Ağaoğludur. O, 1869-cu ildə Şuşa şəhərində doğulub. Əhməd bəy 1896-cı ildə #Şuşa Realnı məktəbinə fransız dili müəllimi təyin olunub. O, Şuşada ilk dəfə qiraətxana-kitabxana açıb. Parisdə təhsil görmüş, Avropa mədəniyyətini mənimsəmiş Əhməd bəy Şuşada müəllimlik etdiyi dövrdə uşaqların dünyəvi təhsilə marağını artırmağa çalışıb.1897-ci ildə Əhməd bəyin həyatının Bakı dövrü başlayıb. O, Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gəlib, məktəblərdən birində fransız dilinin tədrisi ilə məşğul olub. 1925-ci ildə Əhməd bəy qurucusu olduğu Ankara Yüksək Hüquq məktəbində dərs deməyə başlayıb.

Sabah mülayim şimal küləyi əsəcək

2 Noyabr 2020 12:59

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə noyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.