Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü: 596 yeni yoluxma

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 596 yeni yoluxma faktı qeydə alınıb, 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 57 040 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 44 479 nəfər müalicə olunaraq sağalıb, 753 nəfər vəfat edib, aktiv xəstə sayı 11 808 nəfərdir.

Ölkədə son sutka ərzində 5 081, hazırkı dövrədək isə 1 368 620 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31