Ermənistanda daha 28 nəfər koronavirusdan öldü
2 Noyabr 2020 11:36 SosialErmənistanda daha 1 194 nəfərdə koronavirus aşkarlanıb, 28 nəfər isə ölüb.
Olaylar.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 93 448-ə, pandemiyadan ölənlərin sayı isə 1 391-ə çatıb.
Hazırda Ermənistanda 35 215 aktiv koronavirus xəstəsi var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31