Kaliforniya ştatında erməni terroruna etiraz edilib
2 Noyabr 2020 12:30 SosialABŞ-ın Kaliforniya ştatındakıazərbaycanlı icmasının təşkilatçılığı ilə erməni terroruna etiraz yürüş keçirib. San-Fransisko şəhərinin Kolumbus prospektindən (Kolumbus Avenyu) başlayan yürüşdə həmvətənlərimiz əllərində Azərbaycan bayraqları və "Uşaq ölümünə son qoyun","Erməni terrorçuluğuna son qoyun!" şüarlarıyazılmışplakatlar tutaraq, ətrafdakıların diqqətini erməni terroruna yönəldiblər.
Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təxribatlarını, dinc əhalinin yaşadığı Gəncə, Bərdə şəhərlərinin və digər yaşayış məntəqələrininmülki əhaliyə qarşı istifadəsi qadağan olunan raket atəşinə tutulmasını, mülki şəxslərin, körpə uşaqlarınqətlə yetirilməsini və yaşayış məntəqələrinin dağıdılmasınıpisləyiblər.
Soydaşlarımız dünya ictimaiyyətini Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə, erməni terroruna göz yummamağa çağırıblar.