Milli sərvətlərimizin talan edilməsində iştirak edən xarici şirkətlər məsuliyyətə cəlb olunacaq
2 Noyabr 2020 13:15 SosialAzərbaycanın işğal ounmuş ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyət göstərməsi heç kimə sirr deyil. Narkotik plantasiyaların salınmasından tutmuş silah qaçaqmalçılığı, insan alveri və hərbi təlim poliqonların salınmasına kimi qanunsuz fəaliyyət bu ölkənin gəlir mənbəyinə çevrilib. Məsələ orasındadır ki, Ermənistan özünün qanunsuz fəaliyyətinə xarici şirkətlərin də cəlb edilməsini təmin edib. Heç şübhəsiz ki, işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət quran xarici şirkətlərin rəhbər heyətində erməni əsilli insanlar üstünlük təşkil edir. Məsələ orasındadır ki, Ermənistan dövləti ilə xarici şirkətlərin müştərək iş birliyi Azərbaycanın təbii ehtiyatlarının talanması ilə nəticələnir. Artıq çoxsaylı foto və video faktlar var ki, Ermənistan Azərbaycanın flora və faunasını, meşə massivini, yeraltı və yerüstü yataqlarını vəhşicəsinə talan edir. Hətta ölkəmizin təbii sərvətlərini emal edərək erməni brendi adı altında xarici bazarlara da çıxarır. Qeyd edək ki, hüquqi baxımdan Azərbaycanın təbii resurslarının talan edilməsi məsələsində işğalçı Ermənistan dövləti ilə yanaşı, bu fəaliyyətdə iştirak edən xarici şirkətlər eyni məsuliyyəti daşıyır. Çünki, beynəlxalq hüquq qaydalarına görə, transmilli fəaliyyətlə məşğul olan şirkətlər göstərəcəkləri fəaliyyətin obyektinin kimə mənsub olması ilə bağlı araçşdırma apardıqdan sonra yeraltı və yerüstü sərvətlərin sahibi olan ölkələrlə müqavilə imzalamalıdır. Əgər bu araşdırma aparılmayıbsa bağlanan müqavilə etibarsız sayılır, fəaliyyət növü qeyri-qanuni hesab olunur. Məhz bu baxımdan beynəlxalq hüquq imkan verir ki, Azərbaycan həmin şirkətlərin məsuliyyətə cəlb olunması məqsədilə lazımi hüquqi prosedurlar həyata keçirsin.
Yeri gəlmişkən qeyd edək ki, Ermənilərin işğal altında olan Azərbycan ərazilərində milli sərvətlərimizi talan etməsi, bu prosesdə xarici şirkətlərin iştirakına dair çoxsaylı faktlar var. Məlumat üçün bildirək ki, Azərbaycanın işğal altında olan torpaqları azad edildikdən sonra belə faktlar təsdiqini tapır. Azərbaycanın işğal altında olan Vejnəli qızıl yatağında Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət dediklərimizin bariz sübututdur. Ümumilikdə, işğal olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı qalıb. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur. Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunur. İşğaldan azad olunmuş Zəngilan rayonun ərazisində yerləşən Vejnəli qızıl yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Vejnəli yatağı 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası tərəfindən kəşf edilib. Vejnəli qızıl yatağı 1984-cü ildə Məhəlli Ehtiyatlar Komissiyasında təsdiq olunaraq Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət Balansına qəbul edilib.
Ermənistan genişmiqyaslı talan əməliyyatına Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamları Azərbaycan ərazisində yataqların istismaına cəlb edilib. Bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi "Franck Muller Group"un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesdir. V.Simakes 1956-cı ildə İstanbulda anadan olub və 18 yaşında İsveçrəyə köçüb. Hazırda İsveçrənin erməni diasporunun maliyyə donoru hesab olunan V.Simakes "ArmSwissBank" bankının təsisçisidir, bu ölkədə 7 brendə və 14 istehsalat müəssisəsinə sahibdir. O, Ermənistanda müxtəlif sahələrə böyük investisiyalar yatırır, rəhbərlərindən biri olduğu "Franck Muller" şirkəti dünyada yeganə nümayəndəliyini məhz Ermənistanda açıb. Keçmiş prezident Serj Sarqsyanın fərmanı ilə Ermənistanın Fransadakı Baş Konsulu təyin olunub və "Vətən qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edilib. V.Sirmakesin Kəlbəcərin "Söyüdlü" və Zəngilanın "Vejneli" yataqlarından oğurlanan qızıl İsveçrə birjalarında satışa çıxarılır, qazanc isə elə həmin ölkənin banklarına yatırılır. Simarkes Azərbaycanın işğal olunmuş ərazilərində 999,9 əyyarlıq qızıl külçələrin satışı ilə məşğul olan bir sıra proqramların da əsas sərmayədarıdır. Məhz sadalanan faktla rəsasında hələ 5 il əvvəl Azərbaycanın Baş Prokurorluğu Vartan Sirmakesə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib. Onu da qeyd edək ki, yataqların istismarında nəinki xarici korporasiyalar, həm də ofşor zonalarda saxta şirkətlər yaratmaq yolu ilə Ermənistanın siyasi rəhbərliyi də iştirak etmişdir. Bu sıraya R.Koçaryan-S.Sarqsayn cütlüyü, keçmiş səfir və indiki prezident Armen Sarkisyan və baş nazir N.Paşinyan daxildirlər. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində ərazilərimiz işğaldan azad olunur, xalqımıza məxsus milli sərvətlərimiz, o cümlədən Vejnəli qızıl yatağı onun özünə qaytarılır. Məlum olduğu kimi Azərbaycan Prezidentinin tapşırığına əsasən işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycan vurduğu zərərlərin kompleks qiymətləndirilməsi aparılacaq. Vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri və s. ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında materiallar əsasında Ermənistanın Azərbaycan vurduğu zərərlər qiymətləndiriləcək, düşmən ölkənin, onun əvvəlki və indiki rəhbərlərinin, bu prosesdə iştirak edən xarici şirkətlərin, onların rəhbərlərinni məsuliyyətə cəlb olunması ilə bağlı bütün lazımi tədbirlər görüləcək.
Alim
Olaylar.az