Sosial

Qorxulu pandemiyadan yeganə xilas yolu vaksinasiyadır

23 İyun 2021 10:30

Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir. COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Pandemiya “müasir dövrdə təhsilə vurulan ən böyük zərbə” hesab edilə bilər. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir.

Bu gün daha bir qrup erməni terrorçunun məhkəməsi keçiriləcək

23 İyun 2021 10:28

Bu gün Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayır.“Olaylar” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Azad Məcidov sədrliyi ilə baxılacaq. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcəyi, cinayət işi baxışa təyin olunacağı gözlənilir.

"422 vəzifə üzrə namizədlərin müraciətlərindən imtina edilib" - Məleykə Abbaszadə

23 İyun 2021 10:26

"Ötən il dövlət qulluğuna qəbulla bağlı 422 vəzifə üzrə namizədlərin müraciətlərinə imtina edilib".

Polis toy mərasimində vətəndaşa qarşı zor tətbiq edib?

23 İyun 2021 10:20

Polis Şəmkirdə saxlanılan şəxs barədə sosial şəbəkələrdə yayılan məlumatlara rəsmi münasibət bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumatda bildirilir ki, sosial şəbəkələrdə Şəmkir rayon sakini Tural Zeynalovun qanunsuz olaraq saxlanılması, ona və digərlərinə qarşı zor tətbiq olunması barədə yayılan iddialar əsassızdır və böhtan xarakterlidir.

Ünvanlı sosial yardım alanlara şad xəbər

23 İyun 2021 10:15

İyun ayının 25-də ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub.

Neçə məmurun yaş həddi 65-i keçib?

23 İyun 2021 10:12

23 iyun tarixi Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, 2021-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olub ki, onların da 27,5 faizini qadınlar təşkil edir.Dövlət qulluqçularının 6,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,5 faizi 4-cü təsnifatı, 12,3 faizi 5-ci təsnifatı, 8,4 faizi 6-cı təsnifatı, 48,8 faizi 7-ci təsnifatı, 20,6 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyir.

Boşanmaq istəyənlər əvvəlcə bunu etməli olacaq - QAYDALAR DƏYİŞİR

23 İyun 2021 10:05

Nikah müqaviləsi və onun məzmunu dəyişir.