Əli Hüseynli: “Azərbaycan polisi bundan sonra da Prezidentin siyasətinə, xalqımıza, dövlətimizə sədaqətlə xidmət edəcək”

Milli Məclisin bu gün keçirilən iclasında Brinci vitse-spiker Əli Hüseynli bu gün Azərbaycan polisinin peşə bayramını qeyd etdiyini bildirib. "Olaylar"ın məlumatın görə, Birinci vitse-spiker qeyd edib ki, Vətən müharibəsi bitdikdən sonra Azərbaycanda güc strukturlarının peşə bayramı xüsusi şəraitdə qeyd olunur. Çünki torpaqlarımız işğaldan azad olunub. Bu prosesdə güc strukturları da yaxından iştirak edib:  "Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsində də polis əməkdaşları fədakarlıq göstərib, Vətəni müdafiə edib. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdandan sonra da Azərbaycan polisi ictimai-siyasi sabitliyi qorumağa nail olub. Bütün parlament adından onları təbrik edək. Azərbaycan polisi bundan sonra Prezidentin siyasətinə, xalqımıza, dövlətimizə sədaqətlə xidmət edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31