Azərbaycanda həftəsonu qadağalar ləğv edilə bilərmi? - AÇIQLAMA
2 İyul 2021 11:25 Sosial"Həftəsonu qadağaların qalması məqsədəuyğundur. Biz bir müddət bu məsələni ciddi izləməliyik. Ola bilər ki, bu gün sosial həyatın müxtəlif sahələrində gedilən yumşaldılmalara yenidən baxılsın. Bütün bunlar hamısı əhalinin təhlükəsizliyi üçündür".
Olaylar.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində qonaq olan professor Adil Qeybulla bildirib.
"Bütün qərarlar epidemioloji vəziyyətə uyğun verilir. Biz bu gün Delta ştammının ölkəyə gəlməsinin astanasındayıq. Bunu qətiyyən unutmq olmaz", - deyə həkim əlavə edib.
nomre.bakcell.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31