Yunus Oğuzun üç  kitabı  bir  romanda- “Qara Yusif” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Azərbaycanın tanınmış yazıçı-publisisti Yunus Oğuz yeni tarixi əsərini - "Qara Yusif" romanını başa çatdırıb. Üç kitabdan   ibarət olan romanın bu ilin sonunadək çap olunaraq oxucuların ixtiyarına verilməsi nəzərdə tutulur.

Tarixi hadisələr və görkəmli şəxsiyyətlərin həyatından bəhs edən əsər Qaraqoyunlu hökmdarı Qara Yusifin fəaliyyətini əhatə edir. Romanın birinci kitabı "Əmir Teymur və Qara Yusif", ikincisi  "Qara Yusif və Teymurilər", üçüncü kitab  isə "Qara Yusif və Teymuri hökmdarı Şahruh" adlanır.

Müəllifin yeni əsərində orta əsrlər dövrünün mühüm siyasi prosesləri, Qara Yusifin hakimiyyət uğrunda mübarizəsi və bölgədə baş verən tarixi hadisələr bədii dillə təqdim olunur. Tarixsevərlərin marağına səbəb olacaq romanın nəşri artıq ədəbiyyat ictimaiyyətində diqqətlə gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31