Azərbaycanda elektron siqaret qadağası: Bir ay yarımda bazar necə dəyişdi?
15:56 Sosial2026-cı il aprelin 1-dən Azərbaycanda elektron siqaret və elektron qəlyana tam qadağa qüvvəyə minib.
Məhdudiyyətlər cihazların idxalı, satışı, saxlanılması və istifadəsini əhatə edib. Bu qərar regionda tütün əleyhinə atılan ən sərt addımlardan biri olub və çox keçmədən uzun illərdir formalaşmış bazarı kəskin şəkildə dəyişib.
Yeni qanunun praktiki təsiri sadəcə elektron qəlyanların satış rəflərindən yoxa çıxması ilə məhdudlaşmayıb. Yetkin yaşa çatmış elektron siqaret istifadəçilərinin əksəriyyəti vərdişlərini dəyişir və yeni formatlar axtarır.
Hazırda bu bazarda vəziyyət necədir?
Qanun qüvvəyə mindikdən sonra vəziyyət gözlənildiyi kimi sürətlə inkişaf edib: elektron siqaretlərin leqal satışı bir neçə gün ərzində, necə deyərlər, sıfıra enib. Bəli, yeni qaydalar qüvvəyə minməzdən əvvəlki son həftələrdə istehlakçılar mağazalardakı demək olar ki, bütün veyp qalıqlarını alıb qurtardılar - amma hamıya aydın idi ki, bu çıxış yolu deyil və gec-tez istehlakçılar yenidən öz adi davranış modelini qurmaq zərurəti ilə üzləşəcəklər. Əslində insanlar seçim qarşısında qaldılar: ya tərgitmək, ya "adi" siqaretlərə qayıtmaq, ya da başqa alternativlər axtarmaq. Tələbat isə yox olmayıb, sadəcə formasını dəyişib.
Dəyişikliklər fonunda xüsusilə tütün qızdırma sistemlərinə maraq nəzərəçarpacaq dərəcədə artıb - bu cihazları çox vaxt elektron qəlyanlarla səhv salırlar, baxmayaraq ki, onların iş prinsipi tamamilə fərqlidir.
Burada, yəqin ki, fərqin nədən ibarət olduğunu qısaca izah etmək düzgün olar. Elektron qəlyanlar nikotinli mayelərdən istifadə edir və tütün tərkibli olmur. Tütün qızdırma sistemləri isə başqa cür işləyir: onlar həqiqi tütündən istifadə edir, amma onu yanma həddinə çatdırmırlar. Tütün təxminən 300-350°C temperatura qədər qızdırılır.
Bu fərq prinsipial əhəmiyyət daşıyır. Adi siqaretdə əsas zərərli maddələrin mənbəyi məhz yanma prosesidir. Yanma olmadan qızdırılma zamanı isə tüstü yox, aerozol yaranır. ABŞ-ın nüfuzlu ictimai səhiyyə qurumu olan FDA öz araşdırmalarında qeyd edib ki, geniş yayılmış elektrikli tütün qızdırma sistemi tütünü yandırmır, sadəcə qızdırır. Bu isə "zərərli və potensial zərərli kimyəvi maddələrin yaranmasını əhəmiyyətli dərəcədə azaldır".
Yəqin ki, "bir damcı nikotin atı öldürür" kimi stereotip ifadəni xatırlayırsınız? Belə yanlış təsəvvürlərdən biri də nikotinin siqaretlə əlaqəli əsas xəstəliklərlə eyniləşdirilməsidir. Tibb elmi bu anlayışları fərqləndirir: nikotin asılılıq yaradır, amma siqaretin əsas zərəri nikotindən yox, tütünün yanması nəticəsində yaranan qatran və toksik birləşmələrdən qaynaqlanır.
Məhz buna görə son illərdə zərərin azaldılması yanaşması inkişaf edir: siqaret çəkməyə davam edən şəxslər yanma prosesinin olmadığı məhsullara keçməklə zərərli maddələrin səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilərlər.
Vurğulamaq vacibdir ki, söhbət sağlamlıq üçün risksiz məhsuldan getmir. Nikotin yenə də nikotindir - asılılıq yaradır və risk daşıyır. Amma zərərin azaldılması konsepsiyası çərçivəsində başqa bir məsələ müzakirə olunur: hər halda nikotin istifadə etməyə davam edən yetkin insanlar üçün hansı alternativlər daha az zərərli ola bilər?
Və məhz burada tütün qızdırma sistemləri Azərbaycan bazarında ayrıca yer tutmağa başlayıb - onlar leqaldır və qadağaya düşməyib.
Bəs siqaret istifadəçiləri bu barədə nə düşünür?
32 yaşlı, Bakı sakini Rüstəm deyir ki, elektron qəlyanların qadağan olunmasından sonra onun qarşısında tam praktik bir sual yaranıb - bundan sonra nə etmək lazımdır?
"Siqaretə qayıtmaq istəmirdim. Elektron qəlyandan bir neçə il istifadə etdikdən sonra siqaret artıq tamam başqa cür qəbul olunur. Yenidən o qoxu, kül, ətrafdakı daimi tüstü, ailə və dostların şikayətləri... Bunlara alışmaq çox çətindir və ümumiyyətlə o narahatlıqlara qayıtmaq istəmirdim", - deyə o bildirib.
Onun sözlərinə görə, tütün qızdırma sistemlərindən birinə keçid müəyyən mənada kompromis olub.
"Tüstü yoxdur, kül də yoxdur, o kəskin qoxu hiss edilmir. Hissiyat baxımından bu, veyplərlə siqaret arasında bir şeydir. Tütün məhsuludur, amma veyp istifadə etdiyim dövrdə öyrəşdiyim şərait qalır", - deyə həmsöhbətimiz bildirib.
Rüstəmin nümunəsi hazırda bazar üçün kifayət qədər tipikdir. Əvvəllər siqaretdən veyplərə keçən istifadəçilərin bir hissəsi indi leqal tüstüsüz alternativləri - ilk növbədə tütün qızdırma sistemlərini seçir.
Elektron qəlyanların qadağan edilməsindən bir ay yarım sonra kifayət qədər açıq bir nəticə çıxarmaq olar: müəyyən sayda insanın nikotinə olan tələbatı heç yerə yox olmayıb. Sadəcə bazarın özü və strukturu dəyişib. Kimisi siqaretə qayıdıb, kimisi yəqin ki, qadağan olunmuş veypləri əldə etməyin qeyri-qanuni yollarını axtarır, bir hissəsi isə leqal alternativlərə keçib.
Əlbəttə, kimlərsə deyə bilər ki, tərkibində nikotin olan bütün məhsullar maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Amma praktikada bazar daha mürəkkəb mənzərə göstərir: tələbat hər halda qalır - və bu tələbat həmişə öz təklifini tapır, çünki istehlakçılar yeni oyun qaydalarına kifayət qədər tez uyğunlaşırlar. Bu fonda bazarın tam qadağa ilə deyil, ən sərt tənzimləmə və aydın hüquqi çərçivə ilə idarə olunması daha effektiv görünür.
Elektron qəlyanların qadağan edilməsi nikotin istifadəsini ləğv etməyəcək - və bunu etməyə qadir də deyil. Amma artıq bazarı daha şəffaf və təhlükəsiz edib.Milli.az