Demokratik islahatlara töhfə, yoxsa qərəzli yanaşma?
12:52 Sosialİstiqamət: fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Buna baxmayaraq, zaman-zaman ölkə mətbuatı əsassız ittihamlara məruz qalıb, həyata keçirilən media islahatları qısqanclıqla müşayət olunub. Belə ki, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatının Azərbaycanla bağlı qərəzli məlumatlar əksini tapıb. hissələri qərəzlidir. Etiraf edilməlidir ki, bu kimi hallar, ümumən, söz və ifadə azadlığı prinsiplərinə xələl gətirir, həmçinin, ali dəyərlərlə spekulyasiya mahiyyəti daşımaqla, mənfi presedent yaradır. Xatırladaq ki, hələ Azərbaycanda "Kütləvi İnformasiya Vasitələri Haqqında" qanun qüvvədə olanda belə Avropa instutları tərəfindən tənqidə məruz qalırdı. Hansı ki, sözügedən qanun layihəsi Avropa Şurası ekspertlərinin rəyi əsasında hazırlanmışdı. Dövrün, zamanın tələbləri, informasiya kommunikasiya texnologiyalarının inkişafı və ümumilikdə media münasibətlərinin dəyişməsi Azərbaycanda media subyektlərinin fəaliyyətini tənzimləyən yeni qanunun qəbulunu zəruri etdi. Nəhayət, Azərbaycanda kütləvi informasiya vasitələri (KİV) və internet media sahəsini tənzimləyən qanunvericilik aktları, o cümlədən "Media haqqında" qanun, Avropa Şurasının və digər beynəlxalq qurumların ekspert rəyləri, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri nəzərə alınmaqla hazırlandı. Bu prosesdə məqsəd Avropa standartlarına uyğun, ifadə azadlığı və demokratik prinsipləri dəstəkləyən tənzimləmə mexanizmlərinin yaradılması idi.
Ekspert rəyləri əsasən ifadə azadlığının qorunması, peşəkar jurnalistika fəaliyyətinin tənzimlənməsi və media məsuliyyətinin artırılmasına yönəlik müddəalar sənəddə əksini tapıb. Təkcə bu fakt "Media haqqında" qanunda ifadə azadlığının təmin olunmasına zəmanət verir. Ona görə ki, Avropanın özündə virtual məkanda azad sözə demokratik prinsiplərin əsası kimi baxılır və tənzimləmələr bu çərçivədə formalaşdırılır. Azərbaycanın Avropa təssisatları ilə əməkdaşlığı isə yerli qanunvericiliyin beynəlxalq media hüququ standartlarına uyğunlaşdırılmasını təmin etmək məqsədi daşıyır. "Media haqqında" qanuna edilən dəyişikliklər də məhz ölkənin informasiya mühitinin qorunaraq sağlamlaşdırılması peşəkar jurnalistin nüfuzunun gücləndirilməsi" kimi məqsədlər daşıyır.
O ki, qaldı Azərbaycanda jurnalistlərin həbs olunması məsələsinə, birmənalı şəkildə qeyd edilməlidir ki, ölkədə heç bir jurnalist peşə fəaliyyətinə görə həbs edilməyib. Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə hər hansı məhdudiyyət mövcud deyildir və ölkədə ifadə azadlığı tam təmin edilib. Həbsdə olan jurnalistlərə qarşı irəli sürülən ittihamlar onların qanunsuz əməlləri ilə bağlıdır. Etitaf edək ki, Avropanın özündə də qaçaqmalçılıq, vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti cinayət əməli hesab olunur. Üstəlik, bu kimi qanunsuz əməllrə görə daha sərt cəzalar nəzərdə tutulur.
Media ekspertləri hesab eddirlər ki, Azərbaycan dövlətinin son illərdə apardığı media siyasəti söz və fikir azadlığına hesablanıb. Çünki, medianın sağlamlaşması zərurəti Azərbaycan cəmiyyətinin sosial sifarişindən irəli gəlir. Məhz bu amillər nəzərə alınaraq Azərbaycanda həyata keçirilən demokratik islahatlar insan haqlarının, o cümlədən vətəndaşların söz və fikir azadlıqlarının təmin edilməsinə yönəlib. Dünyada hamılıqla qəbul edilmiş prinsiplərə uyğun olaraq, ölkəmizdə fikir, ifadə və məlumat azadlıqlarının təmin olunması, media subyektlərinin və ictimai təşkilatların sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılır. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanda mətbu nəşrlərin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması media subyektlərinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir. Azərbaycanda da fikir, söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunur. Ölkə qanunvericiliyində söz və mətbuat azadlığı o qədər dəqiq işlənib ki, "Media haqqında" qanun Avropa ekspertlərinin ən ciddi ekspertizasından keçib. Bu sənəd nəinki MDB məkanında, hətta Avropada ən mütərəqqi qanunlardan biridir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.