ABŞ Kubada hərbi əməliyyat ehtimalını nəzərdən keçirir
20:40 DünyaAğ Ev mövcud hökuməti devirmək üçün Kubada hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir, lakin hələlik diplomatik vasitələrə üstünlük verir.
Bu barədə "Politico" qəzeti ABŞ administrasiyasındakı öz mənbələrinə istinadən xəbər verib.
Məlumata əsasən, Vaşinqton Havananı dövlət müəssisələrinin özəlləşdirilməsi, xarici investisiyaların rolunun artırılması və ölkə vətəndaşları arasında internetə çıxışın genişləndirilməsi daxil olmaqla iqtisadi islahatlar həyata keçirməyə təşviq etməyə çalışır.
ABŞ-nin Kubaya qarşı digər tələbi Amerika enerji resurslarının alınmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31