Mediasiya prosesini önəmli edən amillər hansılardır?

Məhkəməyə getmədən mübahisələri Medaiasiyaya müraciət etməklə həll etmək mümükündür. Hər bir  hüquqi və fiziki şəxslər (o cümlədən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlar mediasiya proseslərindən yaralnana bilərlər. Mediasiya haqqında Azərbaycan Respublikası qanununun 3.1-ci maddəsinə əsasən  Mediasiya aşağıdakılar üzrə tətbiq edilir:
3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla);
3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr;
3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr;
3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.
3.2. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
  Yuxarıda qeyd edilən və müraciət olunanmuş mübahisələrə baxılarkən Mediasiya Haqqında qanunun məqsədi birmənalı olaraq məhkəməyə getmədən mübahisənin alternativ həllini, tərəflər arasında Barışıq sazişinin bağlanmasını ehtiva edir. Tərəflər arasında mübahisənin həlli isə Barışıq Sazişi deməkdir. Bağlanmış Barışıq Sazişi məcburi qüvvəyə malikdir.
Mediasiya təşkilatları tərəfindən bağlanan barışıq sazişləri keyfiyyətli və hüquqi müstəviyə uyğun olmalıdır. Sazişdə öhtəlik götürən şəxslərin üzərlərinə götürdüyü öhtəliklər aydın və başa düşülən qaydada tərtib edilməli, öhtəliklərin icra müddəti, icra yeri və icra olunma vaxtı dəqiq ifadə edilməlidir.
Hesab edirəm ki, mediator tərəfindən barışıq sazişinin həm əhəmiyyəti, həm də icra edilmədiyi təqdirdə onun hüquqi nəticələri tərəflərə izah edilməlidir. Bu isə hüquqi xidmət kimi qiymətləndirilməməlidir.
Mediasiya proseslərini önəmli edən əsas amillərdən biri də məhkəmədən fərqli olararaq, tərəflərin mediasiya müraciətində bir mübahisə növü üzrə bir neçə tələb irəli sürə bilməsidir.  Eyni zamanda, mediasiya prosesi zamanı tələbini ayrı-ayrı predmetlər üzrə artıra və ya azalda bilməsidir. Tutaq ki, şəxs ailə münasibətləri üzrə nigahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi, aliment, cehiz əşyaları tələbi, uşaqların ölkə xaricinə aparılması, pul tələbi, birgə nigah dövründə yaranan öhtəliklər və sair kimi tələblərlə mediasiyaya müraciət etmişdir. Bütün bu qeyd edilən tələblər mediatorun iştirakı və tətərflərin razılığı ilə bir icraatda baxılmaqla Barışıq Sazişi ilə tam həllini tapa bilər. Lakin məhkəmə icraatında hər hansı bir münasibətdən irəli gələn ayrı-ayrı predmetlər üzrə işlərə ayrı-ayrı icraatda baxmalıdır. Bu da o deməkdir ki, iddiaçı qeyd edilən predmetlər üzrə məhkəməyə ayrı-ayrılıqda iddia ərizəsi ilə müraciət etməlidir. Mediasiya isə tərəfləri müxtəlif predmetlər üzrə ayrı-ayrılıqda baxılmalı olan məhkəmə iclaslarından (icraatından)  azad edir. Bu da şəxsləri vaxt itkisindən, məhkəmə mübahisələrindən və digər maddi və mənəvi xərclərdən azad edir.
Bağlanan Barışıq sazişində nəzərdə tutulan öhtəliklər icra edilmədikdə isə tərəflər (tərəflərdən biri) xüsusi icraat qaydasında məhkəmədə Barışıq sazişini 10 gün müddətində təsdiq etdirə bilərlər. Barışıq sazişinin bağlanması və onun könüllü icrası  mediasiya prosesinin  tərəflərini həm inzibati tənbehdən və həm də  cinayyət məsuliyyətindən azad edir. Mediasiyadan istifadə edin və qazanan özünüz olun.
 

Azad Rzayev,
Bakı 8 saylı mediasiya təşkilatının mediatoru, hüquqşünas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31