İranda repressiyanın son həddi: Etirazçılar “Allahın düşmənləri” elan edildi

İranda etirazlara qarşı ən sərt hüquqi mexanizm işə salınıb.

Musavat.com xəbər verir ki, İran dövlət mediasının yaydığı məlumata görə, ölkənin baş prokuroru Məhəmməd Mövahhədi Azad bütün etiraz aksiyalarında iştirak edən şəxslərin "mohareb" - yəni "Allahın düşmənləri" maddəsi ilə ittiham olunacağını bəyan edib.

İran qanunvericiliyində "mohareb" maddəsi birbaşa ölüm hökmü ilə cəzalandırılan ən ağır ittihamlardan biridir. Bu maddənin kütləvi şəkildə tətbiqi etirazların artıq siyasi və sosial müstəvidən çıxaraq tam hüquqi-repressiv mərhələyə keçdiyini göstərir.

Qeyd edək ki, "mohareb" ittihamı son illər İranda əsasən silahlı qruplara qarşı tətbiq olunsa da, indi onun sivil etirazçılara şamil edilməsi vəziyyətin nə qədər təhlükəli həddə çatdığını göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31