Tehrandan İrəvana və əks istiqamətdə uçuşlar ləğv edilib

İranda etirazlar fonunda Tehran və İrəvan arasında uçuşlar ləğv edilib.

Trend-in məlumatına görə, bu barədə Ermənistanın "Zvartnots" hava limanından bildirilib.

Bildirilib ki, İran paytaxtından uçan təyyarənin İrəvan vaxtı ilə saat 17:15-də enişi, Tehrana uçan təyyarənin isə saat 18:15-də yola düşməsi planlaşdırılırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31