İranda bu da oldu: SEPAH generalının oğlu qətlə yetirildi
10 Yanvar 19:14 Dünyaİranın şimal-şərqində yerləşən Məşhəd şəhərində SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) mərhum generalı Nurəli Şuştərinin oğlu Fərəculla Şuştəri silahlı hücum nəticəsində öldürülüb.
Musavat.com xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata əsasən, hadisə dünən axşam saatlarında baş verib. Hücum silahlı qiyamçılar tərəfindən həyata keçirilib.
Hadisə ölkədə onsuz da gərgin olan daxili təhlükəsizlik mühitində yüksək rezonans doğurub. Rəsmi qurumlar hücumun detalları və mümkün motivləri ilə bağlı araşdırmaların davam etdiyini bildirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31