Niyə vəzi deputatlar imkanlarını “toy müğənnilərinə” sərf edirlər?- ÖZƏL
8 Yanvar 10:33 Sosial"Mən də bu torpaqdan çıxmışam" demək asandır. Amma "bu torpaq üçün nə etdim?" sualı çox vaxt cavabsız qalır. Problem pulda deyil, problem seçimin istiqamətindədir. Xalqın verdiyi dəyəri yenidən xalqa qaytarmaq sadəcə xeyriyyəçilik deyil, açıq və prinsipial etik mövqedir". Bunu "Olaylar"a Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib: "Tarkanın nümunəsi göstərir ki, həqiqi ulduzluq səhnədə parılmaqla deyil, cəmiyyət qarşısında məsuliyyət daşıya bilmək bacarığı ilə ölçülür. Bu kontekstdə sual haqlı və qaçılmazdır: niyə bəzi deputatlar seçicilərin dəstəyi ilə əldə etdikləri imkanları yenidən xalqın rifahına, təhsilə, mədəniyyətə və gələcəyə yönəltmək əvəzinə, milli-mənəvi dəyərlərlə əlaqəsi olmayan, nə cəmiyyətə, nə də gələcək nəsillərə töhfə verən "toy müğənnilərinə" sərf edirlər?"