Qatıq, bal və limon suyu ilə arıqlamaq üçün aşağı kalorili smoothie- ÖZƏL
21 May 2024 21:35 SosialSağlam, aşağı kalorili smoothie axtarırsınız? O zaman bu resept sizin üçündür.
Olaylar.az zəbər verir ki, xiyar, bal, qatıq, nanə və limon suyundan hazırlanan bu içki arıqlamağa kömək edir.
Tərkibi
* 2 xiyar
* 1,5 stəkan qatıq
* 1/2 fincan buz kubları
* 2 xörək qaşığı bal
* 1 çay qaşığı limon suyu
* Bir ovuc nanə yarpağı
Hazırlıq
Xiyarları soyun və bıçaqla kobud şəkildə doğrayın. Doğranmış xiyarları blenderə qoyun və üzərinə buz kubları, qatıq, bal, nanə yarpağı və limon suyu əlavə edin. Qarışdırın. Smoothie-ni stəkanlara tökün və nanə yarpaqları ilə bəzəyin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31