Respublika Kliniki Uroloji Xəstəxanasında rentgen cihazı niyə işləmir? - RƏSMİ AÇIQLAMA
21 May 2024 18:03 SosialAkademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında rentgenoqrafiya cihazının 2 ilə yaxındır ki, işləmədiyi iddia edilir.
Olaylar.az xəbər verir ki, Bizim.Media məsələ ilə bağlı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nə (TƏBİB) sorğu ünvanlayıb.
Qurumdan Bizim.Media-ya bildirilib ki, hazırda Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanada mövcud olan rentgen cihazının hərəkət sistemində və kaset qəbuledicisində bərpası mümkün olmayan problem yaranıb:
"Bununla əlaqədar xəstəxanaya yeni rentgen cihazının verilməsi üçün aidiyyəti üzrə müraciət edilib. Yaxın zamanlarda yeni rentgen cihazının alınaraq istifadəyə verilməsi təmin olunacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31