Küləkli hava nə vaxtadək davam edəcək?
2 May 2024 10:02 SosialBu gün saat 08:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.
Milli Hidrometeorologiya Xidmətindən Olaylar-a bildirilib ki, hazırda küləyin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrdir.
Müşahidə olunan küləkli hava şəraitinin mayın 3-ü axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31