Tıxacların çarəsi "tapıldı"

· 

Şəhərin tıxaclarından xilas olmağın yolunu tapmışam. Səhər o başdan durub evdən çıxıram. 20 dəqiqəyə qatara çatmaq üçün 2 kanalın üstündən keçirəm. O möhtəşəm, o gözəl qatara çox təəssüf ki, belə cəngəllik yollardan keçməyə məcburam. Kanalın birində üfunətin iyindən beyin çartlayır, o birisinin də körpüsü qorxuludur.

Tullantı ilə çirkləndirilmiş kanal düz "Məhəmmədi" dəmir yol stansiyasının yanıdır. Orada çobanlar çoxlu qoyun-quzu saxlayırlar. Kimin nə çirkabı var, bu kanala tullayır. Antisanitariya baş alıb gedir. Ağcaqanadlar adamı göyə çəkir...

Mən teatra işə çatmaq üçün kino kimi yollardan keçib gedirəm. )))

Kimsə mənə yazmasın ki, gileylənməyi xoşlayırsan və s. ))

Bəlkə bu zibilli arxın şəninə şeir qoşmaq keçir könlünüzdən? Əlbəttə, problemlər deyilməli və imkan daxilində çözülməlidir.

Bu ərazilərdə yaşayanlar bir kənara, Bakını ilk dəfə görənlərdən ayıbdır. O dəfə Zaqataladan qonağım gəlmişdi. Bizdən, təmizkarlıqdan çox razılıq elədi, amma dedilər ki, inciməyin, bir çox küçələrdə zibil qabıları hədsiz dərəcədə yola yaxın olduğu üçün iylərdən beyin çartlayır...

Hələ nə yaxşı ki, şəkildə göstərdiyim bu ərazilərdən keçməyiblər. Onda nə deyərdilər? ((

Fəridə Aslanova Rüstəmova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31