Qalıqları tapılmış 55 nəfərin şəxsiyyəti eyniləşdirilib
30 Aprel 2024 12:54 SosialKütləvi məzarlıqlarda aşkarlanmış qalıqlar əsasında 55 nəfərin şəxsiyyəti eyniləşdirilib.
Olaylar xəbər verir ki, bunu Baş prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, hazırkı vaxtadək 18 kütləvi məzarlıq aşkar edilib, həmin kütləvi məzarlıqlardan ən azı 172 nəfər şəxsə məxsus meyit qalıqları aşkar edilib və onlardan 55 nəfərinin şəxsiyyəti eyniləşdirilib.
Xatırladaq ki, Xocalı şəhəri ərazisində qazıntılar zamanı kütləvi məzarlıqda 21 nəfərin, daha sonra isə Xocalı rayonunun Malıbəyli kəndində 8 nəfərin qalıqları aşkar olunub. Ümumilikdə isə bu günə qədər Xocalıda qalıqları tapılan 29 nəfərdən 9 nəfərin kimliyi müəyyən edilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31