Alimlər xərçəngə qarşı peyvənd tapdılar
29 Aprel 2024 15:57 SosialBritaniya alimləri melanomaya qarşı unikal mRNT peyvəndi hazırlayıblar.
Olaylar xəbər verir ki, bu barədə "Quardian" məlumat yayıb.
"Peyvənd sınağın ilk iki mərhələsindən uğurla keçib, hazırda üçüncü mərhələ yüzlərlə xəstənin üzərində aparılır. Yeni peyvəndin üstünlüyü ondan ibarətdir ki, o, hər bir xəstə üçün fərdi olaraq hazırlanır. İmmunitet sistemini işə salaraq, orqanizmin özbaşına xərçəng hüceyrələrini "ovlamasına" səbəb olur. Vaksin xərçəngi daimi müalicə etmək üçün yaxşı potensiala malikdir", - məlumatda deyilir. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31