Kababın bir hissəsi 150 qramdan çox olmamalıdır!- ÖZƏL
27 Aprel 2024 11:01 Sosial"Kababın bir hissəsi 150 qramdan çox olmamalıdır. Üstəlik, ət nə qədər yağlıdırsa, hissə daha az olmalıdır".
Olaylar.az xəbər verir ki, bu sözləri Moskva səhiyyə departamentinin ilkin tibbi yardım üzrə baş mütəxəssisi Andrey Korjelnikov bildirib.
"Bəzi insanlar çörəksiz yeyə bilmirlər, amma ən yaxşısı 1-ci dərəcəli buğda unundan deyil, taxıl, kəpək əlavə edilərək qaba üyüdülmüş çörək seçməkdir,-deyə o, bildirib.
Mütəxəssis kababla birlikdə xiyar, pomidor, turp və bolqar bibəri kimi təzə tərəvəz yeməyi tövsiyə etib. Bundan əlavə, bir çox sousu yeməməyi məsləhət görüb, çünki tərkiblərində çox miqdarda duz və şəkər var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31